Icma.az
close
up
RU
Bakıda Qurban bayramı münasibətilə bayram namazı qılınıb YENİLƏNİB VİDEO

Bakıda Qurban bayramı münasibətilə bayram namazı qılınıb YENİLƏNİB VİDEO

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 iyun, Göyçək Mahmudlu, AZƏRTAC

İyunun 6-da paytaxtdakı “Əjdərbəy”, Təzəpir və digər məscidlərdə Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.

Təzəpir məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Ölkənin digər, o cümlədən işğaldan azad olunmuş rayonların məscidlərində də bayram namazı qılınıb.

Paytaxtda qılınan bayram namazı müxtəlif ölkələrdən olan müsəlmanları bir araya gətirib. Bayram namazında yerli vətəndaşlarla yanaşı, şəhərimizin qonaqları da iştirak ediblər.

Pakistan vətəndaşı Əli Saqlain bayram namazından sonradan təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb. Azərbaycana ilk səfəri olduğunu deyən Ə.Saqlain fikirlərinə belə davam edib: "Azərbaycanda, xüsusilə də Bakıda Qurban bayramı ilə əlaqədar bayram namazında iştirak etmək mənə çox xoşdur. Bu mərasimdə iştirak etməklə biz müsəlmanlar olaraq bir və həmrəy olduğumuzu nümayiş etdiririk. Pakistan və Azərbaycanda təşkil olunan bayram namazları arasında bir fərq görmürəm. Hər kəs burada Allaha dualar edir və qurbanlarının qəbul olunmasını diləyir".

Paytaxt sakini Elman Səlimxanov isə ölkəmizdə bayramların bir neçə ildir ki, xüsusi coşqu və sevinclə qeyd edildiyini bildirib: "Azərbaycan xalqının Qurban bayramını təbrik edirəm. Çox şükür ki, artıq bir neçə ildir bayramları azad edilmiş torpaqlarda qeyd etməyə müvəffəq olmuşuq. Buna görə şəhidlərimizə borcluyuq. Bu gün əllərimizi Allah dərgahına qaldırıb xalqımız, bütün müsəlmanlar, dünyamız üçün dualar etdik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzuladıq. Uca Yaradan Ali Baş Komandan, Prezident İlham Əliyevi, onun Rəşadətli ordusunu və xalqımızı qorusun. Üçrəngli bayrağımız hər zaman zirvələrdə dalğalansın".

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 6-7-də qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyun 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri