Icma.az
close
up
RU
Bakıda “sakit köç”: bu binalar boşalır...

Bakıda “sakit köç”: bu binalar boşalır...

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Paytaxtın müxtəlif ərazilərində son aylarda diqqət çəkən bir proses gedir: illərlə dolu olan köhnə binalar tədricən boşalır. Xüsusilə Nəsimi rayonu ərazisində - Cavadxan küçəsi, Mərdanov qardaşları küçəsi, eləcə də Yasamal rayonunda Şərifzadə küçəsi boyunca yerləşən binalarda bu “sakit köç” daha aydın hiss olunur. Həyəti dolu, eyvanları işıqlı olan binaların pəncərələri bir-bir qaralır. Əlbəttə, söhbət əsasən sovet dövründən qalan və “xruşşovka” kimi tanınan köhnə tikililərdən gedir.

“Yeni Sabah” Metbuat.az-a istinadla xəbər verir ki, “xruşşovka” adlanan 4-5 mərtəbəli, panel və ya kərpicdən tikilmiş köhnə yaşayış binaları artıq şəhərin yenilənmə planlarının mərkəzinə düşüb. Nərimanov rayonunda Təbriz küçəsi ətrafında, həmçinin Binəqədi rayonunun bəzi hissələrində bu tip binaların sakinlərinə köçlə bağlı təkliflər edilib. Rəsmi qurumlar bu barədə açıqlama verməsə də, prosesin sistemli şəkildə getdiyi hiss olunur: əvvəl sakinlər tədricən çıxır, sonra bina faktiki boşalır və növbəti mərhələyə keçid baş verir.

Psixoloq Vüsalə Rüstəmin fikrincə, bu dəyişiklik ağrısız ötüşmür. Onun sözlərinə görə, məsələ təkcə tikinti ilə bağlı deyil. Köhnə binalarda formalaşmış sosial mühit - qonşuluq əlaqələri, həyət mədəniyyəti, gündəlik ünsiyyət yeni tikililərdə eyni şəkildə təkrarlanmır: “Paytaxtda geniş vüsət alan abadlıq-quruculuq işləri nəticəsində insanlar ya şəhərin kənarına, ya da fərqli yaşayış komplekslərinə köçür və illərlə qurulan münasibətlər dağılır. Bu cür məcburi dəyişikliklər insanlarda daxili narahatlıq və uyğunlaşma çətinliyi yaradır. İnsan yalnız evini deyil, eyni zamanda psixoloji rahatlıq zonasını itirir. Tanış mühitdən uzaqlaşmaq bir çox hallarda stress, tənhalıq və yadlaşma hissini gücləndirir”. Sezar pizza

Vüsalə Rüstəmin sözlərinə görə, yeni tikililərdə komfort artsa da, sosial bağların zəifləməsi insanların özlərini daha tənha hiss etməsinə səbəb olur: “Əvvəllər qapı qonşusu ilə qurulan sadə ünsiyyət belə insanın emosional balansını qoruyurdu. Əslində, belə keçid dövrlərində insanların sosial dəstəyə və adaptasiya prosesinə daha çox ehtiyacı yaranır. Qopmuş münasibətlər, evlərdə tənhalaşmış insanlar müasir dövrün ciddi problemlərindən biridir”.

Psixoloq vurğulayıb ki, Bakıda “səssiz boşalan binalar” məsələsi sadəcə köhnə tikililərin sökülməsi deyil. Bu, daha böyük bir transformasiyanın - şəhərin yaddaşının silinməsi və yeni urban mühitin formalaşmasının başlanğıcıdır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 May 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri