Icma.az
close
up
RU
Bakıda səfərdə olan Ermənistan nümayəndə heyətindən dörd kəndlə bağlı açıqlama

Bakıda səfərdə olan Ermənistan nümayəndə heyətindən dörd kəndlə bağlı açıqlama

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı vaxtaşırı problemlər yaranır. Bu təmaslar anlamağa imkan verdi ki, 2024-cü ildə əldə edilmiş razılaşmalar və yanaşmalar hələ də aktualdır, bunlar onu nəzərdə tutur ki, bütün məsələlər addım-addım həll olunmalıdır, mürəkkəb məsələlər isə son mərhələyə saxlanımalıdır”.

Teleqraf xəbər verir ki, bunu noyabrın 24-də Bakıya səfərdən qayıtdıqdan sonra keçirilən mətbuat konfransında Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi Samvel Meliksetyan bildirib.

Mürəkkəb məsələlərlə bağlı suala cavabında o deyib ki, ilk növbədə anklavlar və sərhədlərlə bağlı problemlər bu kateqoriyaya daxildir: “Söylədiyim kimi, mürəkkəb məsələlər delimitasiya və demarkasiya prosesinin son mərhələsinə aiddir”.

Samvel Meliksetyan əlavə edib ki, qeyd edilən mövzularla bağlı müxtəlif həll variantları var, amma bütün bunlar universal prinsipə əsaslanmalıdır.

Bakıya səfər etmiş Ermənistan nümayəndə heyətinin digər üzvü Boris Navasardyan isə mövzu ilə bağlı dəqiqləşdirmə aparıb:

“Çətin məsələlərin axırda həll olunacağını deyərkən bu o demək deyil ki, əgər bu çətin məsələlər asanlaşsa, onlar irəli çəkilə bilməz. Yəni enklavlarla bağlı həll tapılsa, bu məsələ qabağa çəkilə və ən sona saxlanılmaya bilər. Hazırda isə həll yoxdur, müzakirə olunur. Ona görə də bu məsələlər mürəkkəb olduğundan gündəmdə olmamalıdır. Əgər sülh danışıqlarının gündəmində deyillərsə, onlardan ictimaiyyət qarşısında danışmasaq, daha yaxşı olar. Çünki bu, delimitasiya prosesinin ümumi atmosferinə mənfi təsir göstərə və digər məsələlərin həllinə mane ola bilər”.

Xatırladaq ki, noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Bu səfər 21-22 oktyabr tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilib.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.

Əlavə edək ki, Ermənistan delimitasiya və demarkasiya prosesi çərçivəsində dörd anklav kəndi Azərbaycana qaytarmalıdır. Söhbət Yuxarı Əskipara, Barxudarlı, Sofulu (Qazax rayonu) və Kərki (Naxçıvan) kəndlərindən gedir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 Noyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri