Icma.az
close
up
RU
Bakıda Sehrbazlar dərəsi: Siz ora getməyə hazırsınız?

Bakıda Sehrbazlar dərəsi: Siz ora getməyə hazırsınız?

Icma.az, Axar.az saytına istinadən bildirir.

Kamal Abdullanın “Sehrbazlar dərəsi” səhnələşdirilib, Azdram bu möhtəşəm əsərə səhnə tərtibatı verib. 15 fevralda təqdimatı keçirilən səhnə əsərinə 16 fevralda tamaşa etdik.

Qənaətlərimiz:

“Sehrbazlar dərəsi” fikir toqquşması, fəlsəfi-mifik təsəvvürlərin qarşıdurmasıdır: düşüncəni aşan paralellər və paralel dünyalar, reinkarnasiya, karma... – mükəmməl bənzətmələr və əsl düşüncə hüdudsuzluğu ilə bədiiləşdirilib.

Kamal Abdullanın üslubudur: onu anlamaq üçün yunan mifologiyasından hind fəlsəfəsinə, “Kitabi-Dədə Qorqud” sətirləri, sözləri arasında şifrələnən türk təfəkkürünə, Misir ehramlarından Qafqaz maqlarına, Altay şamanlarına qədər, ən azı ilkin bilgilərin olmalıdır ki, bu dünyagörüşlərin qarşılaşması və “astar üzünə” çevrilməsi, “antitezis” yanaşma ilə bu “birləşmiş” anlayışlardan müəllifin yaratdığı “fərqli reallığa” çıxış edə biləsən.

Tən paralel dünyadakı ruhun kölgəsidir, yoxsa ruh təndədir və onu tərk edə bilməz?

Şeytan – Allahdan başqa heç nəyi, hətta onun yaratdığını da qəbul etməyən və yalnız və yalnız Ona sidq ürəklə inanan sədaqət simvolu deyilmi? Və s.

Kamal Abdullanın fikir və düşüncə dünyası həm də bir labirintdir: “çıxışı” yoxdur, ənginlikdir – içinə girdinsə, beynin imkanlarını aşan bu təsəvvürlərdən sonuc əldə etməyə çalışma, yoxsa “batdın” demək – o elmə, o düşüncəyə, o təsəvvüfə!

Yaxşısı sonuca çatmaq üçün beyni yormamaqdır – bu ənginliyə daldıqca-dal, süzdükcə-süz – bitən-tükənən deyil, sərhədi yoxdur, səni məhdudlaşdıracaq “kimsə yox”.

Kamal Abdulla sənə “muxtariyyət” də verir: istəsən, əlavələrini elə - bir qarşıdurmadan minlərlə yol çıxır, hansını istəyirsən, seç, onunla get və yaxud getdiyin yolun sonsuzluğunu gördünmü, qayıt “başlanğıca”, digərinə adla və beləcə “Labirint”...

Bu düşüncə fırtınası səhnəyə necə gələ bilər?

Tamaşanın rejissoru Bəhram Osmanovdur və doğrusu, bu əsərin uğurlu səhnə həlli üçün ondan yaxşısı hazırda ağlıma da gəlmir.

Bəs, bu “fırtına” səhnə həllini tapıbmı?

Pərdə yoxdur, səhnə dəyişmir, 2 saata yaxın müddətdə süjet “labirinti” düşüncə fırtınası ilə səni alıb aparır.

Ancaq vacib bir detal: Kamal Abdullada “su” yoxdur, “Sehrbazlar dərəsi”ndə ümumiyyətlə hər söz də yox, az qala, hər hərf bu əsrarəngiz abidənin detalı, nə bilim, daşı, kərpicidir. Bu ardıcıllıqda bir hərf, bir söz, bir ifadə buraxdınsa, yenə “batdın” demək.

Aktyorlar bəzən arxasını tamaşaçıya çevirib və ya “dinamika naminə” fırlanaraq o sözləri deyir və nəticədə bəzi sözlər tamaşaçının qulağına çatmır. Fikir selindən bir söz və ya ifadə “qopur” və bu, bəs edir ki, “zəncir” qırılsın!

Və yaxud: “dinamika naminə” böyük fikir toqquşmaları hay-küy və aktyorun yerdə fırlanmaları ilə təqdim edilir. Anlayıram, səhnədə hərəkətlilik vacibdir, ancaq iki fəlsəfi dünya toqquşanda bunun səsi beyində “çıxır”, buna görə “hərəkət” bir az “donsa” yaxşıdır – sözün səsi çatmalıdır, “küy” yox.

“Sehrbazlar dərəsi” beyin məşqidir, bu məşqdə “küy” “səsə” mane olmamalıdır – hər söz/səs tamaşaçıya çatmalıdır!

Digəri: Hacı Mir Həsən ağa Səyyah – yalnız qışda bu adı əyninə geyinir ki, soyuqdan qorunsun (mükəmməl metaforadır). Tamaşada ”Mənə Səyyah deyə bilərsən” cümləsindən görünür ki, qış deyil. Bəs, niyə aktyorlar ağ tül - nazik parça yox, qalın ağ kürk geyiniblər? Qışdırsa, Səyyah niyə bütün adını əyninə geyinməyib?

Daha biri: bir neçə məqamda işıq effekti son dərəcə gözəl təəssürat yaradır, ancaq bunu bütün tamaşa haqda demək olmaz.

Yeri gəlmişkən: aktyorların səsi ifadə etdikləri mətnin dərinliyini anladıqları təsəvvürü yaratmırdı. Ad çəkmək istəməzdim, ancaq məncə, tanınmış aktyorumuz səs tembri ilə qəti yerində deyildi!

Fəlsəfi cərəyanların mürşidləri danışır – o “küy”ə, yerdə sürünməyə, məncə və məncə, ehtiyac yox. Sözü “canlandırmaq” üçün o, daxildən gəlməlidir, hərəkətlə olmaz ki!

Əlbəttə ki, bu, sadəcə, bir abıvatel-tamaşaçı rəyidir, Bəhram Osmanova iradlar deyil. Səhnə həllini o bilir, bəlkə də aktyorların ilk oyunudur, növbəti tamaşalarda rejissor mütləq sözlərin tamaşaçıya daha aydın və işıqlı/işıqlarla çatması üçün “kərpiclərin” düşməsinə imkan verməyəcək.

Sonda: “Sehrbazlar dərəsi”nə hazırlıqlı gedin – düşüncə baxımından. Dünya heç də çoxlarının düşündüyü kimi deyil – onu bu tamaşadan sonra bir daha anlarsınız.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri