Icma.az
close
up
RU
Bakıda sənədsiz evlərlə bağlı yeni qərar: Kimlər sənəd ala biləcək?

Bakıda sənədsiz evlərlə bağlı yeni qərar: Kimlər sənəd ala biləcək?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda sovet dövründən qalan 9 mərtəbəli bəzi binalar artıq istifadəyə yararsız hesab olunur. Eyni zamanda, paytaxtda hələ də yüzminlərlə sənədsiz ev var. Lakin deyəsən bu sahədə real irəliləyiş gözlənilir.

Belə ki, 2000-ci illərdən sonra tikilmiş bəzi evlərin sənədləşdirilməsi üçün prosedurlar müəyyən edilib. Bu qərar hansı evləri əhatə edəcək və sənədlərin verilməsi şərtləri necə olacaq? Sənədsiz evlərin sahibləri üçün dövlət tərəfindən hansı dəstək və güzəştlər nəzərdə tutulur?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov xatırladıb ki, bu problemin həlli ilə bağlı 2023-cü ilin 30 yanvar tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Ədliyyə Nazirliyi birlikdə brifinq keçirib. Həmin brifinqdə elan olunub ki, gələcəkdə vahid sayt üzərindən bütün daşınmaz əmlak əməliyyatlarını həyata keçirmək mümkün olacaq.

Onun sözlərinə görə, qanunsuz tikililərin qeydiyyata alınması ilə bağlı da həmin portal vasitəsilə müraciət etmək mümkün olacaq. Lakin ekspert hesab edir ki, bununla bağlı ölkədə hələ də hüquqi-normativ baza tam formalaşmayıb: “Hüquqi-normativ baza olmadığı üçün heç bir sənədi olmayan, qanunsuz tikililərin qeydiyyata alınması mümkün deyil. Həmin vaxtdan bu günə qədər yalnız müvafiq siyahıda dəyişikliklər edilib və siyahı genişləndirilib. Nəticədə vaxtilə verilmiş sərəncamlar və digər ilkin hüquqi sənədlər əsasında hüquqların tanınması istiqamətində müəyyən addımlar atmaq mümkün olub.

2024-cü ilin oktyabr ayında ölkədə torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı yeni fərman da imzalanıb. Bu fərman gələcəkdə torpaq təyinatının dəyişdirilməsi sahəsində mövcud boşluqların aradan qaldırılması üçün hüquqi əsas yaradıb”.

Ekspertin sözlərinə görə, qanunsuz tikililərin böyük hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir: “Azərbaycan Respublikasının tikinti və şəhərsalma qanunvericiliyinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması və həmin ərazilərin yaşayış zonasına çevrilməsi üçün hüquqi əsas yoxdur. Bununla belə, hər 5 ildən bir ərazi planlaşdırılmasına yenidən baxılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, vətəndaşların kütləvi müraciətlərini nəzərə alaraq Tikinti və Şəhərsalma Komitəsi həmin ərazilərdə torpaq təyinatının dəyişdirilməsi ilə bağlı işlər aparmalıdır”.

Oğuz Ayvaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Mart 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri