Cüdo hakimləri üçün növbəti praktiki seminar FOTO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İyunun 11-də Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində cüdo hakimləri üçün növbəti praktiki seminar təşkil olunub.
İdman.biz xəbər verir ki, seminar çərçivəsində son yarışlarda yol verilmiş hakimlik səhvləri təhlil olunub, eyni zamanda 14–19 iyun tarixlərində keçiriləcək turnirlərə hakimlərin hazırlıq səviyyəsi qiymətləndirilib.
ACF prezidentinin müşaviri Natiq Bağırov və federasiyanın hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə təşkil olunan seminarın məqsədi hakimlərin nəzəri və praktiki biliklərinin möhkəmləndirilməsi, qarşıdakı yarışlarda isə daha peşəkar çıxışlarının təmin edilməsidir.
Qeyd edək ki, seminarda əsas hakim heyəti ilə yanaşı, ACF tərəfindən seçilərək təlim prosesinə cəlb olunmuş hakimliyə namizədlər də iştirak ediblər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 11 İyun 2025 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















