Bakıda sevgilisinin 108 minini oğurlayan ərəb həbs olundu
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Səbail rayonu, Nizami küçəsində fəaliyyət göstərən “Bağdad” ərəb restoranının administratoru Məhəmməd Alazereji həbs olunub.
Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, 37 yaşlı şəxs azərbaycanlı sevgilisinin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunub.
Məlum olub ki, Məhəmməd Alazereji sevgilisinin Türkiyədə olduğundan istifadə edərək, onun Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzilindən 108 min manatlıq oğurluq edib.
Qadın hadisədən xəbər tutduqdan sonra polisə məlumat verib. Polisin araşdırması nəticəsində cinayət əməlinin məhz onun sevgilisi tərəfindən törədildiyi üzə çıxıb.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü M. Azazereji bu əməlinə görə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 18 İyun 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















