Icma.az
close
up
RU
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: Tələsirdim...

Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: Tələsirdim...

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda lüks avtomobillə avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşdirilərək saxlanılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Şahin Məsimov "Mercedes-Benz CLS 63 AMG" markalı avtomobillə Nərimanov rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edib.

O, avtomobili qəfil sürətləndirərək, yolun səthində təkər izləri buraxmaqla və güclü sürtünmə səsləri yaratmaqla ictimai qaydanı və əhalinin dincliyini pozub. Bu hərəkətləri ilə o, cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, yol hərəkəti qaydalarını davamlı şəkildə pozub.

Faktla bağlı Şahin Məsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi üzrə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmə prosesində Məsimov törətdiyi əməldən peşman olduğunu bildirib və qeyd edib ki, sanitar su qovşağına tələsdiyindən avtomobili yüksək sürətlə idarə edib.

Məhkəmənin qərarı ilə o, qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinib və bir il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə yanaşı, 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Şahin Məsimov "Esma Kivos Ceramic” MMC-də satış üzrə direktor vəzifəsində çalışır. Onun atası Emil Elbrus oğlu Məsimov isə həmin şirkətin qanuni təmsilçisi və baş direktorudur. "Esma Kivos Ceramic" MMC hamam otaqları üçün mebel və digər avadanlıqların topdan satışı ilə məşğuldur. 

Əhməd


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see314

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see244

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see204

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see186

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see175

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see167

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see161

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see157

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri