Icma.az
close
up
RU
Bakıda skuterlər Parisdəki kimi tam qadağan oluna bilər SƏBƏBLƏR

Bakıda skuterlər Parisdəki kimi tam qadağan oluna bilər SƏBƏBLƏR

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın son günlərdə diqqət çəkən problemlərindən biri skuter qəzalarının artmasıdır. Demək olar ki, hər gün yollarda qəza törədən bir skuter sürücüsünə rast gəlirik. Bu qəzalar nəticəsində ağır xəsarət alanların sayı da az deyil.
Müsahibimiz Türkan xanım öz bloq hesabında anasının skuter qəzasında xəsarət alması ilə bağlı video paylaşmışdı. Təfərrüatları soruşduqda, hadisənin kiçik bir toqquşma olmadığını öyrəndik. Anası İlhamə Alıyeva axşam saatlarında həyat yoldaşı ilə birgə Nərimanov rayonu, Təbriz küçəsində piyada zolağından keçmək istəyərkən, iki yeniyetmənin birlikdə sürətlə sürdüyü skuter ona çırpılıb. Yoldaşı İlhamə xanımın yerə yıxıldığını və huşunu itirdiyini görüb. Təcili yardıma zəng etsələr də, İlhamə xanım təxminən yarım saat ayılmayıb. Təcili tibbi yardım maşınında özünə gələndə aldığı zərbənin təsirindən ona avtomobilin dəydiyini zənn edib.
Türkan xanımın sözlərinə görə, anası Kliniki Tibbi Mərkəzdə həkim müayinəsindən keçib. Başından və bədənindən ciddi zədələr alıb. Hazırda çənə, qulaq və bel nahiyəsindəki ağrılardan əziyyət çəkir və yenidən həkimə müraciət edəcək. Ailə bir neçə gün sonra hadisəni törədən yeniyetmələrin valideynləri ilə əlaqə saxlaya bilib. Sonda qarşı tərəf ikinci müayinənin xərclərini ödəyəcəyini bildirib.
Bu, sadəcə bir skuter qəzası məsələsi deyil. Avtomobillər üçün təhlükəli vəziyyət yaradan, öz həyatını da riskə atan sürücülər var. Bəzən skuterin əyləcinin nasazlığı və sürətinin idarəolunmaz olması bu qəzalara səbəb olur. Lakin əsas problem yol hərəkəti qaydalarını bilməyən və onlara əməl etməyənlərin çoxluğudur.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqələr Şöbəsinin məsələ ilə bağlı paylaşdığı xəbərdarlıqda qeyd olunub:
Skuterlərin istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:
• bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
• piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
• işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
• gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
• azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.
Məsələ ilə bağlı yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib ki, skuterlərlə bağlı təhlükəsizlik qaydalarının pozulmasının əsas səbəbini nəzarət mexanizminin zəif olmasıdır.
Onun sözlərinə görə, skuterlərin üzərində fərqləndirici nişan və ya digər element olmadığı üçün cərimə tətbiq edilməyəcəyini bilən şəxslər çox kobud qayda pozuntularına yol verirlər:
“Dəfələrlə deyilməsinə baxmayaraq, skuterlərə iki nəfər minirlər, park və bulvar ərazilərində çox təhlükəli sürüş nümayiş etdirirlər, qəzalar törədir və insanlara xəsarət yetirirlər. Ümumi istifadədə olan yollara velosiped və skuterlə yalnız 14 yaşdan yuxarı şəxslər çıxa bilər. Lakin bəziləri valideynlərinin və ya özündən böyük şəxslərin şəxsiyyət vəsiqələri və bank kartları ilə qeydiyyatdan keçərək müxtəlif qəzalar törədirlər”.
Ekspert təklif edir ki, bu cür qəzaların qarşısını almaq üçün nəzarət mexanizmi gücləndirilsin:
“Sürətin yaş həddinə görə tənzimlənməsi üçün sistem qurulsun və skuterlər üz tanıma sistemi ilə qeydiyyata alınsın. Bu halda istifadəçinin yetkinlik yaşına çatması təsdiqlənər və hər hansı qayda pozuntusu zamanı üz tanıma sistemi vasitəsilə aşkarlanaraq cəza tədbiri görülə bilər. İndi gənclərin bir qismi məqsədli şəkildə hadisə törətmək, skuteri maşınların üstünə sürərək insanları narahat etmək istəyirlər”.
Elməddin Muradlı həmçinin skuterləri kirayə verən şirkətlərin də öz məsuliyyətlərini dərk etməli olduqlarını bildirib. O, şirkətlərin kütləvi informasiya vasitələrinə geniş çıxış imkanlarının vacibliyini və bu imkanlardan istifadə edərək maarifləndirmə işi aparmalı olduqlarını vurğulayıb:
“Skuterlər ölkəmiz üçün yenilikdir. Lakin yaratdığı problemlər və baş verən qəzalar səbəbilə Parisdəki kimi tam qadağa olunmasa yaxşıdır”.(musavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 İyul 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri