Bakıda ŞOK: Ögey ata qızına seksual hərəkətlər etdi
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda ögey ata qızına seksual hərəkətlər edib.
Lent.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O bildirib ki, 3 gün öncə qaynar xəttə 11 yaşlı qızla bağlı məlumat daxil olub: "8 yaşından etibarən atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan qızcığazın artıq anası tərəfindən də təhdidlərin olma səbəbindən onun uşaq müəssisəsinə yerləşdirilməsinə zərurət yarandı. Onu da qeyd edim ki, uşaq özü polisə gedərək ona qarşı olan cinayəti bildirib. "Atalıq" təhqiqat müddətinə saxlanılıb.
Azyaşlının müraciətinə dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Baş İdarəsi əməkdaşları,Səbayıl rayonu 8-ci polis bölməsi əməkdaşları, Səbayıl rayoni İcra Hakimiyyəti əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,eləcə də Sosial Xidmətlər Agentliyi əməkdaşları münasibət bildirərək onun yerləşdirilməsi istiqamətində Azərbaycan Uşaqları İctimai Birliyi ilə birgə iş apardılar.İlk olaraq azyaşlı xəstəxanada müayinə olundu və bu gün müəssisəmizə yerləşdirildi. Bu məktubu isə o xəstəxanada olarkən yazıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 09 Fevral 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















