Icma.az
close
up
RU
Bakıda soyuqda qalan insanlar bura müraciət etsin RƏSMİ

Bakıda soyuqda qalan insanlar bura müraciət etsin RƏSMİ

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son günlər ölkə ərazisində havalar sərtləşib, şaxtalı hava şəraiti hökm sürür.

Sinoptiklərin məlumatına görə, temperatur xeyli enib, güclü külək və qar müşahidə edilir. Belə hava şəraitində evsiz insanlar, küçələrdə gecələyən şəxslər üçün vəziyyət daha da çətinləşir. 

Sığınacaq tapmaqda çətinlik çəkənlər, qida və isti geyimə ehtiyacı olan insanların qışın sərt soyuğunda həyatları təhlükə altına düşür.
Hətta bu yaxınlarda Bakının Sabunçu rayonu ərazisində 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb. Düşünülür ki, onlardan bəzisi tüfeyli həyat yaşayan şəxslər olub və donmamaq üçün spirt içiblər.  

Belə şəxslərə  yardım göstərilirmi? Onlar hansı qurumlara müraciət edə bilirlər? 

Ümumi olaraq onlarla bağlı hansı işlər görülür? Müvəqqəti sığınacaqlar varmı və həmin dövlət sığınacağının tutumu nə qədərdir? 

Məsələ ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, son günlər müəssisəyə 5 müraciət qeydə alınıb. 

Qeyd olunub ki, hazırda müəssisənin müxtəlif şöbələrində ümumilikdə 78 nəfərə xidmət göstərilir və onlardan 46-sı kişi, 32-si qadındır:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir. 

Çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər. Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər. 

Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri vasitəsilə aparılır. Həmçinin, vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 "WhatsApp" sosial platforması, eləcə də agentliyin sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri