Icma.az
close
up
RU
Bakıda su borusu partladı: Evlər su altında qaldı, sakinlər… VİDEO

Bakıda su borusu partladı: Evlər su altında qaldı, sakinlər… VİDEO

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda su borusunun partlaması nəticəsində bir neçə evi su basıb, nəticəsində mənzillərə ciddi maddi ziyan dəyib.

Söhbət Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, dördüncü döngə, Gəmiqayırma küçəsindən gedir. Sözügedən ərazidə su borusunun partlaması nəticəsində həyəti və ətraf məhəllələri su basıb. Bu da ərazidə yaşayan sakinlərinin hərəkətini məhdudlaşdırıb.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a şikayətlənən sakinlərin sözlərinə görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) və Binəqədi Rayon Sukanal İdarəsinə müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

Məhz zərərçəkənlər adından danışan Xətayə Cəfərova bildirib ki, ötən il dekabrın 28-dən etibarən bu problem davam edir:

“Aidiyyəti qurumlar məsələyə laqeyd yanaşır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “955” nömrəli qaynar-müştəri xəttinə 20 dəfə zəng vurmuşuq. Cavabdeh qurumdan problemin həlli ilə bağlı bizi Binəqədi Rayon Sukanal İdarəsinə yönləndiriblər.

Bir dəfə Binəqədi Rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə baxş keçiriblər. Bildiriblər ki, onlara tapşırıq verilsə, problemi həll edərlər. Hər gün əlaqədar qurumlara zəng edirəm. Problem təkcə bizim evlə bağlı deyil, artıq 3 evin zirzəmisi və həyəti su altındadır. Su səviyyəsi demək olar ki, pəncərəyə qədər qalxıb”.

O qeyd edib ki, bu suyun boşuna axması həm dövlətə ziyan vurur, həm də bizə ciddi maddi zərər yetirir:

“Problemlə maraqlanan, baxan yoxdur. Bizə bildirildi ki, əvvəlcə hansı boruda problem olduğu müəyyən edilməlidir. Bunun üçün 150 manat ödəyərək aparat gətirtdik və problemin haradan qaynaqlandığını müəyyən etdik. Hətta problem olan ərazini də dəqiqləşdirmişik, amma yenə də gəlib maraqlanan yoxdur.

Qurumlar problemi sadəcə bir-birlərinin üzərinə atırlar. “İşimiz çoxdur”, “gələcəyik”, “nə bilək” kimi müxtəlif bəhanələr irəli sürülür. Hətta Bakı Şəhər Baş Su İdarəsinə də dəfələrlə zəng etmişəm. Oradan gəlib baxıblar, akt tərtib ediblər və Binəqədi Rayon Sukanalı İdarəsinə göndəriblər. amma nəticə yoxdur.

Problem həll edilmir. Hər bir qurum məsuliyyəti digərinin üzərinə atır. Biri deyir “bizə aid deyil”, digəri “işimiz çıxıb” deyə müxtəlif bəhanələr gətirirlər”.

Sadalanan ittihamlarla bağlı “Cebheinfo.az”-ın əməkdaşı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sorğu ünvanlayıb. Qurumdan sakinlərin şikayətinin araşdırılacağı və tezliklə bu haqda açıqlama veriləcəyi bildirilib.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri