Icma.az
close
up
RU
Bakıda sürücülər tıxacda yol verməmək üstündə dava etdilər TƏFƏRRÜAT

Bakıda sürücülər tıxacda yol verməmək üstündə dava etdilər TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Xəzər rayonunda yol verməmək üstündə sürücülər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 26-da rayonun Binə qəsəbəsi, Əli İsazadə küçəsində “İmam Həsən” məscidinin yanında baş verib. 
Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Sahib adlı şəxs həmin gün saat 21 radələrində “İmam Həsən” məscidinin  yanında sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes” markalı mikroavtobusuna digər avtomobilin sürücüsü Nurlanın yol verməməsini irad tutub. 
Bu səbəbdən onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Sahib digər sürücünü söyərək təhqir edib, avtomobilin içərisində ona zor tətbiq edib və yumruqla burun nahiyyəsinə bir dəfə zərbə vurub. 
Bu davadan sonra zərərçəkmiş şəxs öz avtomobilini sürərək oradan uzaqlaşmaq istəyib. Amma təqsirləndirilən şəxs mübahisənin davamı olaraq onun arxasınca gedib və zərərçəkmiş şəxsi yaşadığı Binə-Hövsan südçülük sovxozu nömrəsiz fərdi tikili evin qarşısında yaxalayıb. 
Bu zaman təqsirləndirilən şəxs aralarındakı bir qədər əvvəlki mübahisəni bahanə edib və nalayiq ifadələr işlədərək zərərçəkmiş şəxsə zor tətbiq edib. Onu itələyərək yerə yıxıb, bədənin müxtəlif nahiyyələrindən yumruq və təpiklə bir neçə dəfə vurub.
Hadisəni törədən Sahibin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sentyabrın 26-da, saat 21 radələrində Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən yanacaq doldurma məntəqəsindən çıxaraq yola düşüb: :”Binə qəsəbəsində yerləşən “İmam Həsən” məscidinin yanında tıxacda dayanmışdım. Yol açılan zaman hərəkətə başladım. Qarşıda hərəkət edən maşının sürücüsü qəflətən yolun solundan sağa çıxdı və maneə yaratdı. Mən avtobusun şüşəsini açaraq həmin sürücüyə, sonradan adı məlum olmuş olan Nurlana iradımı bildirdim. Bu vaxt aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı Nurlanın üz nahiyyəsindən əlim ilə vurdum. Sonra Nurlan avtomobilini sürərək getdi. Mən də onun arxasınca getdim. Yolda gedərkən həmin avtomobili ara küçədə gördüm. Bundan sonra avtobusdan yerə düşdüm. Bu zaman aramızda yenə mübahisə yarandı. Mən Nurlanı təkrar vurdum. Həmin vaxt tanımadığı 5-6 nəfər bizi ayırdılar. Bundan sonra oradan getdim”.
İş üzrə zərərçəkmiş Nuralanın sözlərinə görə, sentyabrın 21:00-da avtomaşını ilə Binə qəsəbəsi istiqamətindən Sovxoz istiqamətində hərəkətdə olub: “Mehriban qonşular küçəsində arxadan gələn mikroavtobus işıqları yandıraraq məndən yol istədi. Mən də əziyyətə görə ona yol verə bilmədim. Çünki hər tərəfimdə maşın olub. “İmam Həsən” məscidin yanına çatanda “Mercedes” markalı avtomaşın qabağımı kəsdi. Sürücü avtomaşından yerə düşdü. Mənim tərəfimdən maşınının qapısını açaraq burnuma bir dəfə yumruqla zərbə vurdu. Bir dəfə də maşınına yumruq vuraraq maşınına mindi. Mən də maşınımı sürərək getdim. Yolda gördüm ki, həmin sürücü arxamca gəlir. Öz evimin qapısına çatanda gördüm ki, həmin şəxs avtomaşınla qapıma gəlib. Mən maşından yerə düşəndə adını sonradan bildiyim Sahib məni təkrarən vuraraq yerə yıxdı. Məhllədə olan tanımadığım bir neçə nəfər şəxs bizi ayırdılar”. 
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahib 2 il 3 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətində yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi qadağan olunub. Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Bundan başqa, təqsirləndirilən şəxsin bu müddət ərzində  Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. Ona  məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi də tapşırılıb. 
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:363
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri