Bakıda taekvondo millisinin üzvlərinin nümunəvi çıxışları baş tutub
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə pumse üzrə açıq dərs və demo üzrə (nümunəvi çıxış) milli komandanın üzvlərinin nümunəvi çıxışları baş tutub. SİA xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında, açıq havada keçirilən tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Pumse və demo üzrə milli komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi altında keçirilən pumse üzrə açıq dərsin ardınca demo komandasının üzvləri tatami üzərində bacarıqlarını nümayiş etdiriblər.
Akrobatik elemetlərlə zəngin tullanma zərbələri, çevik hərəkətlər və musiqi ilə sinxron təqdim edilən çıxışlar tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin təşkilində məqsəd gənclər arasında taekvondoya marağın artırılmasına və sağlam həyat tərzinin təbliğinə töhfə vermək olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 16 İyul 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















