Monteneqro 2028 ci ildə Aİ yə üzv olmağı hədəfləyir
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Monteneqro Prezidenti Yakov Milatoviç ölkəsinin Brüsseldə keçirilən Aİ – Qərbi Balkanlar sammitində namizəd ölkə statusunda sonuncu dəfə iştirak edəcəyinə ümid etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sammitdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Milatoviç bildirib ki, Podqoritsa 2026-cı ilin sonunadək Aİ-yə üzvlüklə bağlı qalan bütün danışıqlar fəsillərini yekunlaşdırmağı, 2027-ci ilin yayında üzvlük sazişini imzalamağı və 2028-ci ildə İttifaqın 28-ci üzvü olmağı planlaşdırır.
Prezident Xorvatiya ilə həllini tapmamış ikitərəfli məsələlərə də toxunub. Onun sözlərinə görə, bu məsələlərlə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə məktublar göndərib.
Milatoviç bildirib ki, Monteneqro Xorvatiya ilə quru və dəniz sərhədləri məsələsini həll etmək niyyətindədir. Tərəflər razılığa gələ bilməsələr, məsələnin beynəlxalq məhkəmə və ya arbitraj vasitəsilə həllini mümkün hesab edir.
O, Xorvatiyanın Aİ-yə üzvlük prosesi zamanı Sloveniya ilə sərhəd mübahisəsinin həllində tətbiq olunan yanaşmadan daha artıq heç nə tələb etmədiklərini vurğulayıb. Prezidentin sözlərinə görə, Xorvatiya tərəfinin qaldırdığı səkkiz məsələdən ikisi artıq həll olunub.
Milatoviç qeyd edib ki, Monteneqro bu il 13 danışıqlar fəslini bağlayıb. Hazırda 33 fəsildən 25-i üzrə danışıqlar ilkin olaraq yekunlaşdırılıb, səkkiz fəsil isə açıq qalır.
O, ölkəsinin Aİ-yə üzvlüyünün yalnız Monteneqronun deyil, həm də İttifaqın genişlənmə siyasətinin etibarlılığının göstəricisi olacağını bildirib.
Prezident gələcək üzvlük sazişində nəzərdə tutulan və 10 il ərzində tətbiq ediləcək qoruyucu mexanizmlərin də problem yaratmayacağını deyib. Onun sözlərinə görə, bu mexanizmlər Aİ-yə üzvlükdən sonra hüququn aliliyinin, demokratiyanın və insan hüquqlarının qorunmasına xidmət edəcək. Milatoviç Monteneqronun digər üzv dövlətlərlə eyni hüquq və öhdəliklərə malik olmalı olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Noyabr 2026 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















