Icma.az
close
up
RU
BAKIDA TAKSİLƏRİN SAYI AZALDILIR, NƏ OLACAQ? Ekspertlər AÇIQLADI

BAKIDA TAKSİLƏRİN SAYI AZALDILIR, NƏ OLACAQ? Ekspertlər AÇIQLADI

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qiymətlərin bahalaşması və gözləmə müddətinin uzanması gözləniləndir”

Məlum olduğu kimi, Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunub. Ötən gün Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, paytaxt ərazisində taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin sayı maksimum 25 min olacaq. 

Sənədə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hər il avqustun 1-dək paytaxt üzrə icazə əlavələrinin say həddi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Bu, gələcək illərdə bazarın vəziyyətinə uyğun olaraq icazə limitinin yenilənməsinə imkan verəcək. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək və həmin tarixə qədər qüvvədə olan icazələr əvvəlki qaydada etibarlı qalacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə qərarla bağlı açıqlama yayaraq bildirib ki, kvota tətbiqi paytaxtda nəqliyyat xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, eləcə də sərnişin axınlarının optimallaşdırılmasına yönəlib. Qurumun məlumatına görə, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, hər bir nəqliyyat vasitəsi üçün isə buraxılış kartı almalıdır.

Məlumata görə, hazırda Bakı şəhəri üzrə 19 554 buraxılış vəsiqəsi və 34 014 buraxılış kartı verilib. Başqa sözlə, hazırda Bakıda azı 34 min taksi avtomobili istifadə olunur. Qeyd edək ki, bu, Nazirlər Kabinetinin yeni qərarında limit qoyulmuş taksi sayından 9 min artıqdır.

Qeyd olunur ki, islahatlardan əvvəl taksi parkının 62%-nin istismar müddəti 15 ildən çox idisə, bu gün həmin göstərici 8 ilə enib. Nəticədə taksi parkı daha yeni və ekoloji cəhətdən təmiz avtomobillərlə yenilənib. AYNA əlavə edib ki, kvotanın tətbiqi hazırda qüvvədə olan icazələrin ləğvini nəzərdə tutmur, yəni fəaliyyət göstərən daşıyıcılar işlərini davam etdirəcəklər. Sadəcə, yeni icazələr bundan sonra növbəlilik prinsipi ilə veriləcək.

Bəs maraqlıdır, taksi sayının azalması paytaxtda taksi qiymətlərinin bahalaşmasına səbəb olacaqmı?


Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, hökumət artıq müəyyən müddətdir taksilərin sayının azaldılması istiqamətində tədbirlər həyata keçirir. Onun sözlərinə görə, istismar müddəti 15 ildən çox olan avtomobillərin taksi fəaliyyəti göstərməsinə icazə verilməməsi, istismar müddəti 8 ildən çox olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılması, eləcə də taksilərə post-terminal, videoqeydiyyat cihazı kimi tələblərin qoyulması nəticəsində taksilərin sayı əhəmiyyətli dərəcədə azalıb.

İqtisadçı qeyd edib ki, əvvəllər ölkədə təxminən 70–80 min taksinin fəaliyyət göstərdiyi bildirilirdi, sonradan bu rəqəmin 3–4 dəfə azaldığı açıqlandı.

“İndi isə əlavə olaraq limit müəyyən edilib. Limitin real təsiri faktiki olaraq Bakıda fəaliyyət göstərən taksilərin sayından asılı olacaq. Yəqin ki, hesablanıb və müəyyən olunub ki, 25 min indiki taksi sayı üçün optimal rəqəmdir. Məqsəd, taksilərin sayını aşağı salmaqdır”, – deyə o vurğulayıb.

Xalid Kərimlinin sözlərinə görə, bu qərar rəqabəti taksilərin xeyrinə dəyişəcək: “Əvvəllər taksilər sərnişin uğrunda mübarizə apardığı üçün qiymətlər aşağı, gözləmə müddəti isə qısa idi. İndi isə əks proses müşahidə olunur. Bu, artıq başlayıb. Son iki ildə qiymətlər artıb, gözləmə müddəti uzanıb. Xüsusilə pik saatlarda qiymətlər daha da bahalaşır”.

İqtisadçının fikrincə, hökumət taksilərin sayının çox olmasının nəzarəti çətinləşdirdiyini və keyfiyyəti aşağı saldığını, həmçinin bu vəziyyətin tıxacların artmasına səbəb olduğunu düşünür: “Bu baxımdan, taksilərin sayının məhdudlaşdırılması keyfiyyətin artmasına gətirib çıxara bilər. Lisenziyaya malik taksilərin gəlirlərinin artması mümkündür, lakin vətəndaşlar üçün qiymətlərin bahalaşması və gözləmə müddətinin uzanması gözləniləndir”.

Nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu isə “AzPolitika”-ya şərhində bildirib ki, paytaxtda taksilərin sayına məhdudiyyət qoyulması qərarı çoxdan qəbul edilməli idi. Onun sözlərinə görə, hər bir şəhərin taksi parkının ölçüsü əvvəlcədən müəyyən olunmalıdır, lakin Bakıda bu, indiyədək həyata keçirilməmişdi.

“Bu məsələnin həlli üçün ilk növbədə bilməli idik ki, Bakıda ümumilikdə nə qədər taksi fəaliyyət göstərir. Bütün dünyada bu cür tənzimləmə mövcuddur. İstər böyük meqapolislərdə, istərsə də kiçik şəhərlərdə taksilərin sayı üçün müəyyən kvota tətbiq edilir. Əvvəlcə kvota müəyyən olunur, sonra isə hansı şirkətə nə qədər pay düşəcəyi hesablanır. Bunun müxtəlif modelləri var. Elə ölkələr var ki, orada “Bolt”, “Uber” kimi platformalar kvotaya daxil edilmir, bəzilərində isə onlar da nəzərə alınır”, – ekspert deyib.

Raqif Raufoğlu qeyd edib ki, hazırda Bakıda taksi sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb: “Əvvəllər təxminən 70 minə yaxın taksi var idi, indi isə bu rəqəm 30 min civarına düşüb. Görünür, hesablanıb və müəyyən edilib ki, 25 min Bakı üçün optimal göstəricidir. Bu, kifayət qədər balanslı qərardır”.

Ekspertin fikrincə, bu addım həm taksi sürücüləri, həm də sərnişinlər üçün müsbət nəticələr verəcək: “Digər şəhərlərdə, məsələn, İstanbulda belə hallar var ki, hökumətdən taksi kvotasının artırılması tələb olunur, çünki limit bazarın böyüməsinə imkan vermir və nəticədə taksi çatışmazlığı yaranır. Bakıda isə bu qərar həm tənzimləməni gücləndirəcək, həm də xidmətin səviyyəsini artıracaq. Sürücülər üçün də bu, müsbət addımdır. Onlar uzun müddətdir ki, çoxsaylı tapşırıqlar və aşağı tariflərdən narazı idilər. Bu qərar onların gəlirlərinə də müsbət təsir göstərəcək”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Oktyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri