SEPAH: Hörmüz boğazında iki tankerdə partlayış və yanğınlar baş verib
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Tehran tərəfindən təsdiqlənməyən marşrutla Hörmüz boğazından keçməyə cəhd edən iki tankerin göyərtəsində partlayışlar və yanğınlar baş verdiyini bəyan edib.
AZXEBER.COM-un "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu barədə SEPAH məlumat yayıb.
"Hörmüz boğazından icazəsiz marşrutla hərəkət edən iki tanker dayandırılıb. Güclü partlayışlardan sonra onların göyərtəsində yanğın baş verib", - bəyanatda bildirilib.
İran hərbçilərinin iddiasına görə, gəmilər naviqasiya sistemləri söndürülmüş halda hərəkət edib. Onlardan biri minaya düşərək partlayıb. İkincisi isə ABŞ qırıcılarının mühafizəsi altında boğazı keçməyə cəhd edib. İnsident boğazın cənub sahilində baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 10 Noyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















