Bakıda tarixi abidəyə müdaxilə olunub
Icma.az, Report.az saytına istinadən bildirir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib. Abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib. Əraziyə dəvət olunmuş aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb. Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub.
Buna baxmayaraq 19 yanvar tarixində qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib. Aşkar olunmuş fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb.
Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir.
MƏLUMAT YENİLƏNİR...
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:118
Baxış sayı:118 Bu xəbər 23 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 23 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















