Paytaxtda tarixi abidəyə MÜDAXİLƏ İcazə də, izahat da yoxdur
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Paytaxtın İnşaatçılar prospekti 2 ünvanında yerləşən inzibati bina və ATS ətrafında vəziyyət qeyri-müəyyən olaraq qalır.
Milli.Az xəbər verir ki, ərazidə artıq söküntü işlərinə başlanıldığı müşahidə olunur. Prospekt boyunca hasar dayaqları quraşdırılıb.
Lakin verilən icazələr, təmir-bərpa işlərini aparan təşkilat, son tarixlər və s. haqqında məlumat lövhəsi yoxdur.
Məsələ ilə bağlı ərazidə çalışan iş icraçısına müraciət olunsa da, o, hər hansı açıqlama verməkdən imtina edib.
Sözügedən inzibati bina tarixi-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb (İnv. № 3741). Bu səbəbdən obyekt üzərində aparılan hər hansı müdaxilə xüsusi icazə və nəzarət tələb edir.
Qeyd edək ki, 1 fevral 2026-cı il tarixindən etibarən tarixi və mədəni irs obyektlərinin qəsdən məhv edilməsi və ya zədələnməsinə görə cinayət cəzaları artırılıb.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Mart 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















