Icma.az
close
up
RU
Bakıda Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı” mövzusunda konfrans keçirilib

Bakıda Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı” mövzusunda konfrans keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində təşkil olunan panel sessiyalarda yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modelləri, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu və digər mövzular üzrə müzakirələr aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Bakı COP29-dan sonra dünya: İqlim dəyişikliyində nailiyyətlər, perspektivlər və imkanlar” mövzusuna həsr olunmuş ilk panel sessiyanın moderatoru, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə böyük önəm verdiyini bildirən Azad Cəfərli qeyd edib ki, COP29 çərçivəsində bir sıra strateji əhəmiyyətli təşəbbüslər irəli sürülüb, mexanizmlər formalaşdırılıb və hədəflər müəyyənləşdirilib.

Konfransda çıxış edən Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycanda keçirilən COP29 tədbirinin iqlim dəyişikliyi ilə mübarizə işinə mühüm töhfə verdiyini, aqrar sahənin dayanıqlı inkişafına, investisiya və ticarətə yeni imkan və fürsətlər yaratdığını diqqətə çatdırıb.

İqlim dəyişikliklərinin kənd təsərrüfatına mənfi təsirlərinin olduqca böyük olduğunu bildirən Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir vurğulayıb ki, iqlim dəyişməsinin təsirləri dünyanın hər yerində ərzaq və su təhlükəsizliyinə təhdidlər yaratdığından bu istiqamətdə qlobal əməkdaşlıq olduqca mühümdür.

Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Abdulkadir Polat çıxışında iqlim dəyişikliyi fonunda təbii resurslardan səmərəli istifadənin əhəmiyyətini vurğulayıb. O, Türkiyənin ətraf mühit məsələlərinə həssas yanaşdığını və bu sahədə qlobal çağırışları dəstəklədiyini bildirib. Nazir müavini əlavə edib ki, Azərbaycanda keçirilən COP29 tədbiri qlobal iqlim dəyişikliyi ilə effektiv mübarizə sahəsində mühüm başlanğıcdır.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq arenada müsbət imic qazandığını və etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb. Ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini qeyd edən nazir müavini, Azərbaycanın mühüm nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizin ekoloji, ətraf mühit və kənd təsərrüfatı ilə bağlı siyasətinin beynəlxalq konvensiya və protokollara uyğunluğu, COP29 çərçivəsində inkişaf etdirilmiş təşəbbüslərdə aparıcı mövqe sərgiləməsi Azərbaycanın aqro-iqlim diplomatiyası üzrə regional və qlobal mərkəzə çevrilməsi üçün unikal imkan yaradır.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un nəticələrindən bəhs edərək bildirib ki, bu beynəlxalq tədbir mürəkkəb geosiyasi mühit fonunda iqlim danışıqları tarixində uğurlu dönüş nöqtəsi olub. XİN rəsmisi vurğulayıb ki, çoxtərəfli diplomatiya müstəvisində səmərəli olan tədbirdə çətin və mühüm qərarlar qəbul edilib.

Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Montenegro çıxışında COP29 çərçivəsində nəzərdə tutulan tədbirlərin kompleks xarakter daşıdığını və iqlim dəyişikliklərinə ən həssas qrup olan fermerlərin maliyyə resurslarına çıxışının artırılması, ağıllı və iqlimədavamlı kənd təsərrüfatı və ərzaq sistemlərinin yaradılması üçün baza formalaşdırdığını qeyd edib. Onun sözlərinə görə, "Fermerlər üçün Bakı İqlim Harmoniyası Təşəbbüsü" iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə və əldə olunmuş nailiyyətlərin inkişaf etdirilməsinə töhfə verəcək.

Konfrans çərçivəsində “Ağıllı kəndlərin inkişaf perspektivləri: sistemli və institusional aqro və yaşıl yanaşmalar diplomatların gözü ilə”, “İqlim dəyişikliyinin təsirinə qarşı kənd təsərrüfatı səylərinin birləşdirilməsi: qlobal çağırışlar, imkanlar və həll yolları” mövzularında panel sessiyalar keçirilib. Sessiyalarda ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar innovasiyaların rolu, məhsuldarlığın artırılmasında innovativ həllərin tətbiqi, torpaq və su resurslarından daha səmərəli istifadə yolları, iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri və bu sahədə qlobal əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. Panel sessiyalar zamanı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, tətbiq edilən innovativ həllər və əldə olunmuş nəticələr barədə informasiya-məsləhət xarakterli məlumatlar iştirakçılarla bölüşülüb.

Sessiyalarda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri