Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən kranın istismarı dayandırıldı FOTO/VİDEO
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bizim.Media xəbər verir ki, agentliyin əməkdaşları tərəfindən vətəndaş müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən aparılan tikinti işlərində istifadə edilən qülləli krana baxış keçirilib.
Baxış zamanı qülləli kranın istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, qülləli kranın istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, kranın iş icra layihəsinə uyğun istismar edilmədiyi müəyyən olunub.
Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qülləli kranın istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib.




Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Noyabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















