Icma.az
close
up
RU
Türk, italyan, yoxsa rus qızılı Hansını alaq?

Türk, italyan, yoxsa rus qızılı Hansını alaq?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İtalyan, türk və rus qızılı anlayışları bazarda tez-tez səslənsə də, bu növlər xüsusən yatırım məqsədi baxımından fərqlənir.

Əsas fərqi nədir?  Hansı qızıla yatırım etmək daha məqsədəuyğundur?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, italyan, türk və rus qızılları əyar, görünüş və işçilik qabiliyyəti baxımından bir-birindən fərqlənir:

“Estetik görünüşə üstünlük verən və maddi məhdudiyyəti olmayan şəxslər hədiyyə məqsədilə əsasən italyan qızılını seçirlər. Burada söhbət, təbii ki, saxta deyil, orijinal italyan qızılından gedir. Qiymətli metalın bu növü illərdir estetik görünüş baxımından digər ölkələrin bazar modelləri ilə rəqabət aparır. Lakin ölkəmizdə bu qızılın alış və satış qiymətləri arasında ciddi fərq mövcuddur. Ona görə də gündəlik istifadə edib, sonradan satmaq niyyətində olanlar üçün investisiya baxımından uyğun seçim sayılmaya bilər”.

Günay Hüseynova

İqtisadçı qeyd edib ki, türk qızılı Azərbaycanda populyar deyil:

“Türkiyədə bu sahəyə yatırımlar geniş yayılıb, lakin ölkəmizdə vəziyyət fərqlidir. Digər növlərlə müqayisədə daha münasib qiymətə malik olduğu üçün əsasən toyluq dəstlər və gündəlik istifadə məqsədilə alınır. Türkiyədə isə türk qızılına daha çox investisiya aləti kimi yanaşılır və “çeyrek”, “tam altın”, “cümhuriyyət” və “rəşad” qızılı kimi növlərə üstünlük verilir. Bu qızıl növləri əyarlarına görə bir-birindən fərqlənir”.

İqtisadçı bildirib ki, rus qızılı əsasən möhkəmlik və keyfiyyət axtaranların seçimidir:

“Görünüş baxımından sadə və estetikliyi nisbətən zəif olsa da, bu qızıl növü bərkdir, tez qırılmır və əzilməyə davamlıdır. Qızıla investisiya etmək istəyən şəxslər üçün isə qaşsız, sadə dizayna malik, hətta ikinci əl qızıl məmulatlarını daha uyğun qiymətə almaq məqsədəuyğundur”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Fevral 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri