Təhlükəsizlik tələblərinə cavab verməyən körpülü kranların istismarı dayandırılıb VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyi (FHN) təhlükəsizlik tələblərinə cavab verməyən körpülü kranların istismarını dayandırıb.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Bərdə şəhərində fəaliyyət göstərən “Bərdə İnşaat Sənaye” ASC-yə məxsus beton zavodunda plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, zavodda istismar olunan 3 ədəd körpülü kranın arabacığının son həddini və qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun olmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, körpülü kranların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 Aprel 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















