Icma.az
close
up
RU
Bakıda tikinti şirkəti İDEA nın saldığı meydançanı dağıdıb “Elgin Həbibullayev də maraqlanmır, qapıdan qaytarırlar...”

Bakıda tikinti şirkəti İDEA nın saldığı meydançanı dağıdıb “Elgin Həbibullayev də maraqlanmır, qapıdan qaytarırlar...”

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“WhiteStone Tower” şirkəti ilə (Ailə Park MMC) Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yaşayan sakinlər arasında qalmaqal böyüyüb.

Mia.az xəbər verir ki, ərazidə yaşayan sakinlərdən Birinci Qarabağ müharibəsinin şəhidi Heydər Həmidovun bacısı Xanım Sultanova Pravda.az-a açıqlamasında baş verənlərlə əlaqədar bir sıra mühüm faktları açıqlayıb.

O bildirib ki, "WhiteStone Tower" şirkətinin özbaşınalığı ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin qapısını döyən vətəndaşlar geri qaytarılıblar:

“Mən yeganə qardaşımı Birinci Qarabağ müharibəsində şəhid vermişəm. Onun qızı isə Vətən müharibəsində öz həyat yoldaşı mayor Anar Məmmədovu qurban verib. İndi mən həm qardaşımın qızına, həm də onun övladlarına himayəçilik edirəm. Onlar da neçə il bu evdə qalıblar. Ev soyuq olduğu üçün uşaqları bir otağı təmir edilmiş başqa evə göndərmişik ki, bu şəraiti mənimlə bərabər çəkməsinlər. Guya mənə icra hakimiyyətinin vəzifəli şəxsi zəng edib, dinləyib, problemi həll edib, yalandır.

Dəfələrlə qonşularımız Nərimanov Rayon İcra Hakimiyyətinə gediblər. Onları qapıdan qaytarıblar. Elgin Həbibullayev isə vəzifəyə təyin ediləndən hələ bir dəfə də olsun, bu məhəllədə bir nəfərin qapısını açmayıb. Gəlib heç həyətdə soruşmayıb ki, nə probleminiz var? Bunu "JEK" də bilir. "JEK" axşama qədər "WhiteStone Tower" şirkəti ilə mübarizə aparır ki, zibilləri təmizləsinlər, yolu bağlamasınlar, heç olmasa çuxur qazıblar, üstünü örtsünlər.

Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət etmişdik. Zəng də etdik, dedilər ki, bizlik deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə deyin. Hazırda şirkəti məhkəməyə verməyə hazırlaşırıq. Prezidentin, o cümlədən Birinci-vitse prezidentin, Fövqəladə Hallar Nazirliyinin, DTX-nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytına da müraciət etmişik. Hələ bizə cavab gəlməyib. Ərazimizin “qırmızı xətt”ini göstərsinlər. Özlərinə məxsus zibilləri bizim həyətimizdən daşıyırlar. Zibil maşını əraziyə girə bilmir. Həyətimizi necə zəbt ediblərsə, onda konteynerləri də öz ərazilərində qoysunlar... Bizə avtomobil parklamağa da icazə vermirlər. Qablarla su daşıyırıq...”

X.Sultanova deyib ki, "WhiteStone Tower" İDEA tərəfindən ərazidə salınmış meydançanı tamamilə məhv edərək yerində öz layihəsini ucaldıb: “İDEA İctimai Birliyinin rəhbərliyi uşaqlar üçün çox gözəl meydança hazırlamışdı. Şirkət həmin yeri zəbt etdi. Yerində üç bina tikdi. Hazırda İDEA-nın saldığı meydançanı ləğv ediblər. Bu, nə özbaşınalıqdır?"

Nərimanov Rayon İcra Hakimiyyəti isə mətbuata açıqlama verməkdə maraqlı deyil.

Qeyd edək ki, şikayətlə bağlı pravda.az-ın bundan əvvəlki yazı ilə əlaqədar "WhiteStone Tower" şirkətinin nümayəndəsi əməkdaşla əlaqə yaradaraq saytdan yazını tamamilə ləğv etməsi "göstərişini" verib, onu ofisə dəvət edib. O, həm də vətəndaşların dediklərinin heç bir əsası olmadığını bildirib. Maraqlıdır, şirkət özünü məsələdə tam şəffaf hiss etdiyi halda nə üçün hələ də saytımıza heç bir mövqe göndərməyib. Görüşmək bu qədər rahat idisə, indiyə qədər niyə ofislərində qazsız, işıqsız qalan sakinləri qəbul etməyiblər? Bir az araşdırdıqdan sonra məlum oldu ki, hüquqi ünvanı AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev.42/9, m.56 olan "WhiteStone Tower" "Ailə Park" QSC-yə məxsusdur. QSC-nin qanuni təmsilçisi isə Samir Fəxrəddin oğlu Yusubovdur. Bunu da xatırladaq ki, 2023-cü ildə "Ailə Park” QSC-nin direktoru Hüseyn Emin oğlu Mədətov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunmuşdu. İttihama görə, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və Aşıq Molla Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası aparılarkən cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməmiş və müvafiq tapşırıqlar verməmişdi. Belə ki, qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkəyyətlərində olan əmlaklar sökülmüş və həmin vaxt orada olan əşyalar məhv edilmişdi. Nəticədə, zərərçəkmiş şəxslərə ümumilikdə 728 893 manat dəyərində ziyan dəymişdi. Vətəndaşların şikayəti əsasında saxlanılan şirkət direktoru barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Dekabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri