Icma.az
close
up
RU
Bakıda tıxac azalacaq: Şanslı universitetlər SİYAHI

Bakıda tıxac azalacaq: Şanslı universitetlər SİYAHI

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda tıxac probleminin əsas səbəblərindən biri kimi mərkəzdə yerləşən universitetlər göstərilir. Zaman-zaman bu problemin həlli məqsədilə ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi məsələsi gündəmə gəlir.

Ali təhsil müəssisələrinin ətrafında müşahidə olunan nəqliyyat sıxlığı tələbələrin dərslərə gecikməsi və ümumi hərəkət problemlərinə səbəb olur. Bu problemi aradan qaldırmaq və alternativ nəqliyyat vasitələrindən istifadəyə şərait yaratmaq məqsədilə velosiped və skuter zolaqları çəkilir.

Teleqraf -ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, universitetlərin yerləşdiyi əsas küçə və prospektlərdə mikromobillik infrastrukturu yaradılır.


Velosiped yolları bir-biri ilə əlaqələndirilir

Agentlikdən verilən məlumata görə Məmməd Rahim küçəsi, Azərbaycan Texniki Universiteti (AzTU) ərazisi, Bəxtiyar Vahabzadə küçəsi, Bakı Dövlət Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) velosiped zolaqları salınıb:

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində davamlı mikromobillik zolağı təşkil edilir. Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada paytaxtın küçə və prospektlərində salınan velosiped yolları bir-biri ilə əlaqələndirilir. Son belə işlər Bəxtiyar Vahabzadə, Məmməd Rahim küçələri və Hüseyn Cavid prospektində görülüb və daha əvvəl təşkil edilən Mətbuat prospektindəki mikromobillik zolağı ilə birləşdirilib. Beləliklə, dairəvi hərəkət imkanı yaradılıb. Metronun “Elmlər Akademiyası” stansiyası ətrafındakı mikromobillik şəbəkəsinin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi planlaşdırılır”.



Şəbəkə genişləndirilir

Bildirilib ki, görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub: “Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb. İstifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə işıqforlarda velosiped bölmələri yaradılır. Mikromobilliklə bağlı təhlillər aparılır, əsas cəlbetmə məntəqələri, insanların gündəlik olaraq ən çox səfər etdiyi ərazilər müəyyənləşdirilir. Həmin ərazilərdə mikromobillik vasitələri üçün parklanma yerləri təyin olunur.

Hazırda paytaxtda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib. Tələbat artdıqca parklanma məntəqələrinin sayı artırılır.

Bu il ərzində mikromobillik vasitələrindən 675 min 888 dəfə istifadə olunub. Bu müddətdə 1 milyon 895 min km-ə yaxın məsafə qət edilib.

Əhali arasında velosiped və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, mikromobillik zolaqları şəbəkəsi genişləndirilir. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir”.


Aidiyyəti qurumların tabeliyindədir

Azərbaycan Tibb Universitetindən Teleqraf-a bildirilib ki, tədris ocağının ətrafında mikromobillik zolaqlarının salınması birbaşa universitetin təşəbbüsü və ya səlahiyyəti çərçivəsində deyil:

“Universitet ətrafında zolaqların salınması aidiyyəti qurumların tabeliyindədir".

Azərbaycan Pedaqoji Universitetindən verilən məlumata görə, artıq universitet ərtafında belə zolaqlar salınıb:

"Pedaqoji Universitetin əsas tədris binasının ətrafında artıq bir ildən çoxdur ki, velosiped və skuterlərin hərəkəti üçün xüsusi zolaqlar mövcuddur. Universitetin əsas girişinin qarşısında həm velosiped, həm də skuterlər üçün parklanma yerləri yaradılıb. Bu nəqliyyat vasitələrindən icarə əsasında istənilən tələbə və ya vətəndaş istifadə edə bilər”.

Qeyd edilib ki, bu zolaqlar universitet tərəfindən çəkilməyib, çünki həmin ərazilər universitetin mülkiyyətinə daxil deyil:

“Universitet yalnız öz kampusunun ərazisinə məsuldur. Kampus ərazisi geniş olduğu hallarda burada infrastrukturun qurulmasına universitet cavabdehlik daşıyır.

Hazırda Bakıda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində şəhər administrasiyası tərəfindən müxtəlif layihələr həyata keçirilir. Zolaqların çəkilməsi, parklanma yerlərinin yaradılması və skuter, velosipedlərin kirayə xidmətinin təklifi tələbələrin sıx toplaşdığı, iri universitetlərin yerləşdiyi ərazilərdə irəliyə doğru atılmış mühüm addımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyun 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri