Icma.az
close
up
RU
Bakıda tıxacları azaldacaq mühüm addım Bu tarixdən başlayır

Bakıda tıxacları azaldacaq mühüm addım Bu tarixdən başlayır

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Universitetlərin kampus tipli şəhərciklər şəklində şəhərdən kənara köçürülməsi təklifləri müzakirə olunur, lakin bu addım real həyata keçirilməyib. Bunun əsas səbəbləri infrastruktura yüksək maliyyə xərcləri, tələbə və müəllimlərin şəhər mərkəzindəki sosial və nəqliyyat imkanlarına çıxışının məhdudlaşması, həmçinin tədrisin təşkilati çətinlikləridir. Eyni zamanda, universitetlərin şəhər mərkəzində yerləşməsi sənaye, biznes və mədəni mərkəzlərlə sıx əməkdaşlığı asanlaşdırır və elmi-tədqiqat işlərini dəstəkləyir. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu, sadə məsələ deyil və böyük vəsait tələb edən bir prosesdir. 
"Yəni birdən-birə və qısa müddətdə nəticə gözləmək düzgün olmaz. Bu məsələ vaxt aparan, planlı şəkildə həyata keçirilməli olan bir sahədir. Hazırda dövlətin planları çərçivəsində bu istiqamətdə müəyyən addımlar atılır. Məsələn, ADA Universiteti və Qarabağ Universiteti kimi nümunələr artıq mövcuddur".
Deputat qeyd edib ki, dövlət hazırda bu istiqamətdə müəyyən addımlar atır. O, buna nümunə olaraq ADA və Qarabağ universitetlərinin fəaliyyətini göstərib. Ceyhun Məmmədovun fikrincə, təhsil ocaqlarını köçürməzdən əvvəl regionlardakı mövcud universitetlərə qəbulun artırılması istiqamətində işlər görülməlidir. Bu prosesin uğuru yalnız düşünülmüş və mərhələli şəkildə həyata keçirilən silsilə addımlardan asılıdır.
Deputat bildirib ki, universitetlərin bölgələrə köçürülməsi həm böyük maliyyə resursları tələb edir, həm də uzunmüddətli planlaşdırma tələb edən prosesdir. 
"Eyni zamanda, mən hesab edirəm ki, universitetlərin köçürülməsindən öncə bölgələrdə universitetlərə qəbulun artırılması üzərində düşünmək və konkret addımlar atmaq daha vacibdir. Prosesin uğurla həyata keçirilməsi üçün bütün bu addımlar silsilə və düşünülmüş şəkildə planlaşdırılmalı, mərhələli formada reallaşdırılmalıdır".
Bakıdakı universitetlərin mərkəzdə cəmləşməsi tıxaclara səbəb olur. Hər gün minlərlə tələbə və müəllim eyni vaxtlarda universitetlərə gəlir və gedir, bu da xüsusilə pik saatlarda əsas yolların yüklənməsinə, ictimai nəqliyyatın sıxlaşmasına və şəhərdaxili hərəkətin ləngiməsinə gətirib çıxarır. Universitetlərin bölgələrə köçürülməsi planı isə həm şəhər mərkəzində tıxacları azaltmaq, həm də təhsil infrastrukturunu regionlarda inkişaf etdirmək məqsədini daşıyır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti hesabatına əsasən, "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması planlaşdırılır. Məsələ hazırda strategiya layihəsində müzakirə mərhələsindədir və bölgələrdə universitetlərin tikintisi yalnız aidiyyəti təşkilatların əsaslandırılmış təklifləri təqdim etdikdə, Prezidentin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət İnvestisiya Proqramı qaydalarına uyğun olaraq, büdcə imkanları çərçivəsində prioritet əsasda həyata keçiriləcək.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri