Icma.az
close
up
RU
Bakıda sərnişin yükünü azaldacaq MÜHÜM HƏMLƏ

Bakıda sərnişin yükünü azaldacaq MÜHÜM HƏMLƏ

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeron dairəvi dəmir yolu paytaxt ətrafında sərnişin daşımalarında əsas alternativlərdən biri kimi təqdim olunsa da, hazırkı vəziyyət bu anlayışla tam uyğun gəlmir.

BAKU.WS-in məlumatına görə, dairəvi adlandırılmasına baxmayaraq, xətt faktiki olaraq tam dairə üzrə fəaliyyət göstərmir və bu da onun potensialından tam istifadə olunmasına mane olur.

Problemin əsas səbəbi Keşlə Yük – Böyük Şör arasında mövcud olan, lakin uzun müddətdir istifadəsiz qalan dəmir yolu hissəsidir. Həmin sahənin bərpa edilərək sərnişin daşımalarına açılması Abşeron dairəvi dəmir yolunun real mənada vahid və fasiləsiz marşruta çevrilməsinə imkan verə bilər.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, məhz həmin hissənin istismara verilməsi xəttin funksional mahiyyətini tamamlaya bilər:

"Abşeron dairəvi dəmir yolu adlandırılmasına baxmayaraq, hazırda faktiki olaraq tam dairəvi hərəkət təmin edilmir. Xüsusilə Keşlə Yük – Böyük Şör arasında mövcud olan, lakin istifadəsiz qalan hissənin təmir edilərək sərnişin daşımalarına cəlb olunması vacibdir. Məhz bu hissənin işə salınması ilə xətt real mənada dairəvi marşruta çevrilə bilər".

Ekspertin sözlərinə görə, yaxın illərdə planlaşdırılan yeni dəmir yolu layihələri bu məsələnin aktuallığını daha da artırır. Belə ki, 2026–2027-ci illərdə Suraxanı – Hövsan xəttinin bərpası, 2026–2028-ci illərdə Bakıxanov – Binə – Qala, 2028–2030-cu illərdə isə Zabrat – Maştağa – Bağlar xəttinin istismara verilməsi nəzərdə tutulur.

Rauf Ağamirzəyev qeyd edib ki, bu xətlərin mərhələli şəkildə istifadəyə verilməsi sərnişin axınını həm artıracaq, həm də coğrafi baxımdan müxtəlif istiqamətlərə böləcək. Bu səbəbdən Abşeron dairəvi dəmir yolunun üzərində və ya əsas qovşaqlarında səmərəli transfer, yəni köçürmə imkanlarının yaradılması strateji əhəmiyyət daşıyır.

"Belə bir yanaşma şəhərə daxil olan sərnişin yükünü azaldar, mərkəzə yönələn axını balanslaşdırar, ictimai nəqliyyatın cəlbediciliyini artırar və Abşeron yarımadası üzrə vahid, çevik relsli nəqliyyat şəbəkəsinin formalaşmasına şərait yaradar", – deyə ekspert vurğulayıb.

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri