Icma.az
close
up
RU
Bakıda tramvayları nə vaxt görəcəyik? RƏSMİ KONKRET

Bakıda tramvayları nə vaxt görəcəyik? RƏSMİ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda tramvayların yenidən bərpası ilə bağlı müzakirələr son günlər daha da aktuallaşıb. Paytaxtın sürətlə böyüyən yaşayış massivlərinin mövcud metro və dəmiryolu şəbəkəsindən kənarda qalması alternativ nəqliyyat həllərinə ehtiyacı artırır. Bu kontekstdə şəhərin tarixi simvollarından biri olan tramvayların geri dönüşü həm mobillik, həm də nəqliyyat yükünün azalması baxımından yenidən gündəmə gəlib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, tramvay şəbəkəsinin qurulması istiqamətində işlərə başlanılıb:

“Tramvaylar barəsində artıq addımlar atılıbdır. “Metropoliten”in tərkibində tramvay şəbəkəsinin qurulması prosesinə start verilib. Layihə hazırda cizgilərin hazırlanması mərhələsindədir”, – deyə ekspert qeyd edib.

Bəs Bakıda tramvayları nə zaman görə biləcəyik.

KONKRET.az-ın sorğusuna cavab olaraq Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakının iki böyük yaşayış sahəsi – Mehdiabad və “Sea Breeze” əraziləri metro və dəmiryolu şəbəkəsindən kənarda qalır. Məhz buna görə, həmin ərazilərdə tramvay xətlərinin tətbiqi planlaşdırılır:

“Sea Breeze” istiqamətindən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada yeni nəqliyyat habı yaradılacaq. Mehdiabad–Binəqədi istiqamətindən isə tramvay xəttinin metronun “28 May” stansiyasına inteqrasiya olunması nəzərdə tutulur ki, bu da sərnişinlərin şəhər mərkəzinə rahat çıxışını təmin edəcək”, – qurumdan bildirilib.

Beləliklə, tramvayların şəhər nəqliyyatına qaytarılması artıq real layihə mərhələsinə daxil olub və paytaxtın gələcək nəqliyyat infrastrukturunda mühüm rol oynayacağı gözlənilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri