Icma.az
close
up
RU
MEHDİYEVİN KİTABLARI YIĞIŞDIRILIR Kim ona istinadad edibsə...

MEHDİYEVİN KİTABLARI YIĞIŞDIRILIR Kim ona istinadad edibsə...

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündən çıxarılması ilə bağlı qərarlardan sonra onun adına nəşr edilmiş əsərlərin elmi məzmunu, müəllifliyi və tədrisdə istifadəsi də araşdırma mövzusuna çevriləcək.

"AzPolitika" xəbər verir ki, "modern.az"-ın mənbələrdən əldə etdiyi məlumata görə, Mehdiyevin əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədris materialı kimi istifadəsinə yenidən baxılması nəzərdə tutulur. Araşdırmada onun adına çap olunan elmi işlərin başqa şəxslər tərəfindən hazırlanması barədə iddiaların, əsərlərin yazılma prosesinin və həmin nəşrlərə edilmiş elmi istinadların da yoxlanılması gözlənilir.

Kitabların müəllifliyi necə müəyyənləşdirilə bilər?

Araşdırmanın mühüm istiqamətlərindən biri Mehdiyevin adına nəşr edilmiş kitab və məqalələrin hazırlanmasında digər şəxslərin mümkün iştirakının müəyyənləşdirilməsidir.

Burada müəllifliklə elmi redaktorluq, tərcüməçilik, məsləhətçilik və texniki hazırlıq arasındakı fərqlər aydınlaşdırılacaq.

Bu baxımdan ilkin əlyazmaların, mətnlərin müxtəlif variantlarının, nəşriyyat sənədlərinin və redaktə materiallarının mövcudluğu əhəmiyyət daşıya bilər. Əsərlərin hazırlanmasında iştirak etmiş şəxslərin izahatları da müəlliflik məsələsinin aydınlaşdırılacaq.

Elmi istinadlar da diqqət mərkəzində olacaq

Məlumata görə, Mehdiyevin əsərlərinə edilmiş istinadların araşdırılması da nəzərdə tutulur. Bu istiqamətdə əsas məsələ istinadların sayını müəyyənləşdirmək deyil, onların elmi mətnlərdə hansı məqsədlə və nə dərəcədə əsaslı istifadə olunduğunu qiymətləndirməkdir.

Araşdırma zamanı dissertasiyalarda, monoqrafiyalarda, dərsliklərdə və elmi məqalələrdə Mehdiyevin əsərlərinə müraciətlərin məzmunu nəzərdən keçiriləcək. Həmin istinadların tədqiqatın arqumentlərinə töhfə verib-vermədiyi, yoxsa yalnız formal xarakter daşıdığı ayrıca qiymətləndiriləcək.

Ramiz Mehdiyevin kitablarının hansı universitetlərdə proqrama salındığı yoxlanılacaq

Mehdiyevin adına nəşr edilmiş əsərlərin tədris materialı kimi istifadəsinə yenidən baxılması və tələbələrə təqdim olunan ədəbiyyatın keyfiyyəti bu istiqamətdə yoxlanılacaq.

Bu mərhələdə hansı kitabların universitetlərin fənn proqramlarında, sillabuslarında və tövsiyə olunan ədəbiyyat siyahılarında yer aldığının müəyyənləşdiriləcək.

Ramiz Mehdiyevin kitablarının bütün kitabxanaların fondlarından çıxarılması da atılacaq addımlardandır. Bu addım onun əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədrisdə istifadəsinə yenidən baxılması ilə yanaşı gözlənilir.

Modern.az araşdırmanın əhatə dairəsi və nəzərdə tutulan tədbirlərlə bağlı müvafiq qurumlara sorğu ünvanlayıb. Cavablar daxil olduqdan sonra ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, Ramiz Mehdiyevə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddələri ilə ittiham irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2026-cı il tarixli hökmü ilə ona 14 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq cəzanın şərti tətbiqinə qərar verilib. Hökmdə əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi, həmçinin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi də nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Oktyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri