Icma.az
close
up
RU
İSRAİL İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR Hər iki tərəf bir birini peşman edəcəklərini deyir

İSRAİL İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR Hər iki tərəf bir birini peşman edəcəklərini deyir

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

İsrail bu dəqiqələrdə İranın bir çox şəhərlərinə şiddətli hacva zərbələri endirir. Artıq Tehranda yenidən partlayış səsləri eşidilir. İran hava  hücumundan müdafiə sistemləri bütün gücü ilə işə salınıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan “Tasnim” xəbər agentliyi təcili məlumat yayıb.

Bildirilib ki, paytaxt Tehranla yanaşı, Hörmüzqan, Kirmanşah, Qərbi Azərbaycan, Luristan və Xuzistan əyalətlərində də hava hücumundan müdafiə sistemləri işə salınıb.

İran Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçi İsrailin İrana hücumu və İranın cavabı ilə bağlı açıqlama verib.

İran dövlət televiziyasına danışan sözçüsü bildirib ki, ali dini lideri Əli Xamneyinin dünənki bəyanatına qətiyyətlə əməl olunur: “Biz günahkar sionist peşman olana qədər əməliyyatları davam etdirəcəyik”.

İranın Ali Milli Təhlükəsizlik Şurası da  İsrailə cavabın davam etdirilməs” və ölkə daxilindəki hazırlıqları gücləndiirlməsi məqsədiylə iclas keçirib. Bildirilib ki, iclasda İsrailə daha sərt cavab tədbirləri masada müzakirə olunub və bəzi qərarlar qəbul edilib.

İRNA isə yazıb ki, İsrail Tehranın Mehrabad hava limanına da zərbə endirib: "Hücum avtomobil avadanlığı binasının arxasındakı ərazini və döyüş təyyarələrinin anqar sahəsini olunub. Uçuş-enmə zolaqları, əsas binalar və hava limanı obyektlərinə heç bir ziyan dəyməyib".

Mehr Xəbər Agentliyi İran İnqilabı Keşikçiləri Korpusunun keçirdiyi "Vəfalı Söz-3" əməliyyatı ilə bağlı ikinci yazılı açıqlama yayıb.

Açıqlamada İran raket bölmələrinin İsrailin hərbi bazaların, hərbi texnikanın istehsal olunduğu sənaye mərkəzlərinin və digər hərbi hədəfləri uğurla vurduğu iddia olunub: "Peyk görüntüləri və kəşfiyyat onlarla ballistik raketin strateji hədəfləri uğurla sıradan çıxarmalarını təsdiq edən  çəkilişlərə sahibdir. İsrail raket hücumunun qarşısını almağa cəhd etsə də, hücumu dalğalarına tam müqavimət göstərə bilməyib".

İsrail ordusu radiosu isə İrandan atılan raketlərdən birinin Tel-Əvivdə İsrail Müdafiə Nazirliyinə çox yaxın əraziyə düşdüyünü və nəticədə  yanğın baş verdiyini təsdiqləyib.

İsrail ordusunun radiosu həmçinin İrandan İsrailə doğru 150-dən çox raket atıldığını və hücumların üçüncü dalğasına qarşı hazırlıq görüldüyünü bildirib: "İran bu zərbələrə görə peşman olacaq".

Samir MUSAYEV
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 İyun 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri