Bakıda Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının iclası keçirilir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən ağsaqqallar iştirak ediblər .
İclasda türkdilli dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında birliyin möhkəmləndirilməsi məsələləri müzakirə olunur. Həmçinin Təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, eləcə də mədəni, sosial və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılır.
Ağsaqqallar dövlətlər arasında qardaşlıq əlaqələrinin inkişafının Türk dünyasının birliyinin əsas dayağı olduğunu qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 04 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















