Icma.az
close
up
RU
Şimali Kiprdə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının 17 ci iclası keçirilib

Şimali Kiprdə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının 17 ci iclası keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 2 may, AZƏRTAC

Mayın 2-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) şimalında yerləşən Girne şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 17-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, müzakirələrdə TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycan tərəfindən ağsaqqal Həsən Həsənov, həmçinin ŞKTC, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak edirlər.

Tədbirin açılışında çıxış edən B.Yıldırım TDT tədbirlərinin ŞKTC-də keçirilməsinin əhəmiyyətini qeyd edib və Lefkoşaya müşahidəçi statusunun verilməsini “tarixi qərar” adlandırıb.

Onun sözlərinə görə, ŞKTC-nin fəal inkişafı bir çox sahələrdə özünü göstərir, respublikanın mövqeyi isə güclənir və bunun aydın göstəricisi kimi Lefkoşada davam edən “TEKNOFEST-2025” festivalını göstərmək olar.

B.Yıldırım TDT Ağsaqqallar Şurası üzvlərinin “TEKNOFEST-2025”in açılış mərasimində iştirak etmək qərarını alqışlayıb.

Kipr səfəri çərçivəsində ağsaqqallar ŞKTC-nin xarici işlər naziri Tahsin Ertuğrul ilə də görüş keçirib, qarşıdakı dövr üçün plan və layihələri müzakirə ediblər.

“Bu gün biz Girnedə Türk dünyasının ortaq gələcəyinə yeni təkan vermək üçün toplaşmışıq”, – deyə Yıldırım qeyd edib və Bişkekdəki TDT sammitində Türk Dünyası–2040 Konsepsiyasının həyata keçirilməsi məqsədilə imzalanmış 16 sənədi xatırladıb.

TDT Ağsaqqallar Şurasının sədri Orta Dəhlizin inkişafının əhəmiyyətinə də diqqət çəkib və bu marşrutun bütün türkdilli dövlətlərin inkişafını sürətləndirəcəyini bildirib.

Bundan əlavə, B.Yıldırım COP29-un Azərbaycandakı nəticələrini alqışlayıb və 20–22 may tarixlərində Budapeştdə keçiriləcək TDT-nin qeyri-rəsmi sammitindən məhsuldar nəticələr gözlədiyini ifadə edib.

“Bu gün, eləcə də Budapeştdəki Ağsaqqallar Şurasının iclasının yekunlarına dair qəbul edəcəyimiz qərarlar oktyabrda Azərbaycanda keçiriləcək Türk dünyası liderlərinin müzakirəsinə təqdim olunacaq”, - deyə o bildirib.

TDT Ağsaqqallar Şurasının sədrinin sözlərinə görə, 34 hərfdən ibarət ümumi türk əlifbasının qəbulu da xüsusi əhəmiyyət daşıyır.

İclas mətbuat üçün qapalı formatda davam edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri