Icma.az
close
up
RU
Bakıda tutulan QHT sədri Türkməmnbaşının yaxasına da saxta “Dədə Qorqud” ordeni asıbmış

Bakıda tutulan QHT sədri Türkməmnbaşının yaxasına da saxta “Dədə Qorqud” ordeni asıbmış

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədovu da təltif edibmiş.

Pafos fontanı ilə müşayiət olunan təltifetmə 3 il öncə Türkmənistanın 1 nömrəli sarayında yaşanıb.

Təltifetmə mərasiminin videolarından görünür ki, Eldar İsmayılov Xəzərin o tayına tək getməyibmiş, yanında Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev də varmış.

Oynanılan tamaşa-təltifetmənin videosunda görünür ki, Azərbaycan xalqının adından, amma xalqın xəbəri olmadan türkmən lideri Qurbanqulu Berdıməhəmmədova “möhtəşəm mükafat” təqdim olunur. Təltifetmə mərasimi elə bir pafosla təşkil edilib ki, guya bu, əsrin hadisəsidir. Əvvəlcə deputat Eldar Quliyev kürsüyə çıxıb sınıq-salxaq rus dili ilə türkmən və Azərbaycan xalqları arasında olan qardaşlıqdan danışır. Ardınca xitabət kürsüsünə onun adaşı çıxır.

Eldar İsmayılov səlis rus ləhcəsi, şirin sözlər və şoumenlik bacarığı ilə türkmən məmurların ürəyinin “sarı siminə” toxunur. “Arxadağ” Berdıməhəmmədovun şəninə elə sözlər ərz edir ki, zalda əyləşən yüzlərlə məmur riqqətə gəlib ayağa qalxır, türkmənsayağı alqışlarla “Ar-xa-dağ” nidaları sarayın divarlarını dəlib keçir. Və böyük məqam yetişir - Eldar İsmayılov əlini cibinə aparır, oradan “ulu türk ordeni”nini, özünün az əvvəl düzüb-qoşduğu “Dədə Qorqud” ordenini Berdıməhəmmədova təqdim etmək üçün acizanə xahişdə bulunur.

Berdıməhəmmədovun razılıq əlaməti olan baş işarəsini gözləyən Eldar İsmayılov dərhal ona tərəf iri addımlarla yürüyür və şəstlə həmin o “əlçatmaz” ordeni türkmənbaşının  yaxasına asır. O an zalda sanki vulkan püskürür. Yüzlərlə məmur ayaq üstə “Ar-xa-dağ! Ar-xa-dağ!” nidalarını daha uca səslə tələffüz edib saxta ordenin parıltısını alqışlayırlar. Heç kimin ağlına da gəlmir ki, Berdıməhəmmədovun sinəsinə asılan bu “möhtəşəm mükafat” heç bir hüquqi qüvvəsi olmayan bir dəmir və əski parçasının ustalıqla hazırlanan bir kompozisiyasıdır.

Tamaşanın kulminasiyası, bu tamaşa-şounun Eldar İsmayılovun marağında olan pərdəsi də bundan sonra başlayır. “Arxadağ” dərin heyranlıqla onun əlindən aldığı təltifə görə saray süfrəsi açdırıb. Qonaqlar üçün qoyun əti süfrəyə dağ kimi yığılıb, plov qazan-qazan gətirilir, desert kimi isə ən bahalı qovunlar və nar şirəsi süfrəni bəzəyib. Eldarlara xüsusi hörmət əlaməti olaraq dövlət mühafizəçiləri qədəh qaldırıb, məmurlar onları türkmən  xalqının dostu elan ediblər. Berdıməhəmmədov isə, öz növbəsində, qardaş Azərbaycandan gələn böyük təltiflərə görə minnətdarlıq bildirib.

Əslində isə həmin axşam  Türkmənistanın 1 nömrəli sarayında sadəcə “böyük kombinasiya” oynanılıb, Türkmənistanın siyasi elitası nağıla inandırılıb.

“Arxadağ”ın boynuna asılan o “Dədə Qorqud” ordeninin səsi 3 il sonra, 2025-ci ildə Bakıda polisin keçirdiyi əməliyyatla çıxıb. Eldar İsmayılovla yanaşı Füzuli Rzaquliyev və Rasim Məmmədov istintaqa cəlb olunublar. Eldar İsmayılov qeyd etdiyimiz kimi “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri, Füzuli Rzaquliyev “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri, Rasim Məmmədov isə “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədridir.

Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, Füzuli Rzaquliyev, Eldar İsmayılov və Rasim Məmmədov istintaqa cəlb olunublar. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Rasim Məmmədov 2023-cü ildə xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə həbs edilmişdi. Cəza müddəti tutulduğu gündən hesablandığından o, ötən ilin yayında azadlığa çıxmışdı.

Polisin Bakıda keçirdiyi əməliyyat illərdir davam edən saxta orden-medal “bazar”ının əyani təzahürüdür. Bu “bazar”da pul ödəyən hər kəs qəhrəman olur, kiminsə adına “xalqın xeyirxahı” və ya “sülh elçisi” titulu yazılır. Təltif mərasimləri isə təmtəraqlı dekorasiya ilə təqdim olunur, guya dövlət protokoluna uyğun hazırlanır. Əslində isə bu, aldadıcı şoudan başqa bir şey deyil. Belə təltifetmələrdə dövlətin və xalqın adından sui-istifadə edilir. Faktiki təqdim olunan medal və vəsiqə heç bir hüquqi qüvvəyə malik olmur. Ən pisi isə bu dələduzluğun cəmiyyətə vurduğu mənəvi zərərdir. İnsanların gözündə qəhrəmanlıq və zəhmətin simvolları - dövlət mükafatları olan orden və medallar sadəcə metal parçasına çevrilir.

Qəhrəmanlıq ucuzlaşır, təltiflərin nüfuzu gözdən düşür. Bu isə təkcə Azərbaycanda yox, bütün regionda dövlətçilik ənənəsinə zərbədir. Qanuni orden və medal yalnız Prezidentin sərəncamı ilə verilir və həmin sərəncam dövlətin rəsmi saytında dərc olunur. Əgər kimsə sizə “xalq adından” və ya “beynəlxalq təşkilat” adı ilə medal satırsa, bu sadəcə alverdir, saxta biznesdir.

Eldar İsmayılovun Türkmənistandakı “təltif qalmaqalı” yalnız şəxsi avantüradan ibarət deyil, həm də dövlətin adına, xalqın heysiyyətinə vurulan zərbədir. Belə hallara qarşı hüquqi tədbirlərin sərtləşdirilməsi isə artıq ictimai zərurətə çevrilib. (Musavat.com)

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri