Icma.az
close
up
RU
Bakıda uçan avtomobilləri bu tarixdə görəcəyik

Bakıda uçan avtomobilləri bu tarixdə görəcəyik

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Hər ötən gün avtomobil sənayesi, əsasən də elektromobil  istiqaməti bir neçə əsas tendensiya əsasında əhəmiyyətli dəyişikliklərə məruz qalır. Bu tendensiya sektoru ekoloji cəhətdən daha təmiz, texnoloji cəhətdən inkişaf etmiş və müasir bazar tələblərinə uyğun formalaşdırır.

Bəs 2025-ci ildə avtomobil sektorunda bizi nələr gözləyir?

Avtosfer.az xəbər verir ki, bu gün populyarlığı artan elektromobillərin qiymətini formalaşdıran əsas komponentlərdən biri akkumulyatorlardır. Akkumulyator istehsalı prosesinin əsas çətinliyi isə xammalın - litium və kobalt çatışmamazlığıdır.  Bundan başqa, şarj stansiyalarının istehsal olunan elektromobillərə nisbətdə az olması da həll edilməli əsas problemdir. Buna baxmayaraq, ümumilikdə  elektromobil istehsalı sürətli şəkildə inkişaf edir. Avtonom idarəetmə texnologiyaları hər ötən gün təkmilləşir. 2025-ci ildə daha çox model adaptiv kruiz kontrol, zolaqda saxlama yardımı və avtomatik parkinq sistemləri kimi funksiyalarla təchiz olunacaq. Bu texnologiyalar həm rahatlıq, həm də təhlükəsizlik vəd edir.

2040-cı ildən öncə tamamilə avtonom və ya uçan avtomobillərin kütləvi istehsalı ehtimal olunmur, lakin bu texnologiyaların bazarı tədricən şəkilləndirəcəyi də danılmazdır.

Süni intellekt  avtomobil istehsalı prosesini daha avtomatlaşdırmış həyata keçirəcək. Robot texnologiyaları montaj, sınaq və keyfiyyətin təminatı kimi mürəkkəb prosesləri icra edəcək. Bununla yanaşı, yeni avtomobil modellərinin dizayn prosesinə yardımcı olacaq.

Bununla da xərclər azalacaq və ekoloji qaydalar elektrik avtomobillərinin qiymətinin aşağı düşməsi və bazar payının artmasına gətirib çıxaracaq. Proqnozlara görə, 2025-ci ildə elektrikli avtomobillərin satışı təxminən 30 faiz artacaq və bu il dünya üzrə 15,1 milyon elektromobil satılacaq.

Bu, dünya üzrə bütün minik avtomobillərinin təxminən 16,7 faizini təşkil edir. Elektromobillərin aerodinamikasının  optimallaşdırılması, təhlükəsizlik sistemlərinin təkmilləşdirilərək daha effektiv modellərin yaradılması da qarşıya qoyulan məqsədlərdəndir.

Akkumulyator qiymətlərində azalma elektromobilləri istehlakçılar üçün daha çox əlçatan edəcək. Proqnozlara görə, 2029-cu ildə akkumulyatorla təchiz olunmuş elektrik avtomobillərinin qiyməti daxili yanma mühərrikdən istifadə edilən avtomobillərin qiymətlərinə bərabər olacaq.

Bununla belə rəqəmsallaşma elektromobilləri kibertəhlukəsizlik baxımından daha zəif hala gətirir. Sürücü məlumatlarını qorumaq, avtomobilə uzaqdan girişin qarşısını almaq daha çətin olacaq. Buna görə də 2025-ci ildən etibarən elektromobillər daha təkmil kibertəhlukəsizlik standartlarına cavab verməli olacaq.

Avtomobil sənayesi təkcə sənaye deyil, həm Avropada, həm də bütün dünyada iqtisadiyyatın bütöv bir hissəsidir. O, iqtisadi artıma, məşğulluğa və texnoloji innovasiyalara təsir göstərir.

Elektromobil istehsalında günəş enerjisindən istifadənin populyarlığı da artır. Bu cür sistemlər enerjidən səmərəli istifadə etməyə, enerji şəbəkələrini sabitləşdirməyə və bərpa olunan enerji mənbələrini inteqrasiya etməyə kömək edir.

2025-ci ildə elektrik avtomobillərinin şarj sistemlərinin daha təkmil hala gətiriləcəyi də gözlənilir. Bu sistemlər təkcə enerji təchizatındakı dalğalanmaları düzəltməyə kömək etməyəcək, həm də vaxtdan və elektrik enerjisinin qiymətlərindən asılı olaraq enerji istehlakını optimallaşdıraraq, daha smart doldurma davranışını dəstəkləyəcək.

Elektromobil sənayesinin gələcəyi bir çox amillərdən, o cümlədən süni intellekt, kibertəhlükəsizlik və yeni xidmətlərin artımından asılı olacaq.

Bir məsələ yəqindir ki, 2025-ci ilin sonuna avtomobil bazarı bu gün gördüyümüzdən əhəmiyyətli dərəcədə fərqli olacaq. Və ola bilsin ki, yaxın illərdə biz yollarda getdikcə daha çox elektriklə işləyən nəqliyyat vasitələri görəcəyik və avtonom idarəetmə texnologiyaları getdikcə daha da əlçatan olacaq.

Bununla belə avtomobil istehsalında problemlər də az deyil. Ötən il Çinin ən böyük avtomobil istehsalçısı olan BYD potensial yanğın təhlükəsi səbəbindən minlərlə elektromobili geri çağırmalı oldu.

CarNewsChina.com yazır ki, avtomobil istehsalçısı 2024-cü il sentyabrın 30-dan sonra Çində təxminən 96,7 min Dolphin və Yuan Plus markalarını geri çağırıb. Geri çağırılma elektrik enerjisi sükan sütununun tənzimləyicisinin istehsal prosesindəki qüsurlar səbəbindən baş verib.

BYD dilerləri təhlükəsizlik problemini aradan qaldırmaq üçün elektromobillərə pulsuz olaraq izolyasiya yastıqları quraşdırmaqla problemi aradan qaldırıblar. Bu, BYD tarixində ən böyük geri çağırış olub. “Dolphin” və “Yuan Plus” BYD-nin ən məşhur avtomobillərindən biridir. Hər iki model xarici bazarlara, o cümlədən Azərbaycana ixrac edilir.

BYD elektromobillərin geri çağırılması kampaniyasında “Tesla”dan çox-çox geri qalır. Ötən ilin yayında “Tesla” ABŞ-da 1,8 milyondan çox elektrik avtomobilini geri çağırıb. Proqram təminatının nasazlığı kilidi açılmış kapotu aşkarlaya bilməməsi ilə nəticələndi. Kapotun  elektromobil hərəkətdə olarkən açılması sürücünün yol baxışına mane ola və qəzaya səbəb ola bilər. Geri çağırılmaya 2021-2024-cü illərdə Model 3, Model S və Model X, həmçinin 2020-2024-cü illərdə istehsal olunan Model Y daxildir.

2024-25 “Kia Sorento” sahibləri də gözlənilməz problemlə üzləşiblər. Bu markadan olan krossoverlərin faraları və arxa işıqları hərəkətdə olarkən sönə bilər. Avtomobil istehsalçısı qüsuru aradan qaldırmaq üçün 74 min 469 avtomobili geri çağırdığını elan edib. “Kia” proqram təminatındakı səhvə görə on minlərlə yolsuzluq avtomobilini geri çağırır. Bildirilir ki, nasazlıq nəticəsində faraların və arxa işıqların elektrik təchizatı müvəqqəti olaraq sıradan çıxa bilər. Bu, sürücülərin və sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Geri çağırma yalnız standart “Sorento” modellərinə aid deyil. Problem həmçinin hibrid versiyalara, o cümlədən plug-in hibridləri əhatə edir. Əksər krossoverlər (63 min 782 avtomobil) benzin mühərrikləri ilə təchiz olunub. Qalanları hibrid variantları (8937) və plug-in hibridləridir (1750 avtomobil).

Faralarda nasazlıq əlamətlərini görən krossover sahiblərinə təcili olaraq xidmət mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Yanvar 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri