Icma.az
close
up
RU
Bakıda uşaq bağçasında QAN TÖKÜLDÜ: Erməni qızlara görə törədilən QƏTLDƏN GÖRÜNTÜLƏR

Bakıda uşaq bağçasında QAN TÖKÜLDÜ: Erməni qızlara görə törədilən QƏTLDƏN GÖRÜNTÜLƏR

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

29 may 2022-ci il tarixində Bakının Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 ünvanında yerləşən uşaq bağçasının həyətində bıçaqlanma hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Bıçaq xəsarəti alan Rəsul Salahzadə Sabunçu Tibb Mərkəzinə aparılıb, həyatı xilas olunub və evə buraxılıb. Lakin bir müddət sonra Rəsul Salahzadə yaşadığı evdə ölü tapılıb. Onun yaşadığı evə gedən əməliyyatçılar mənzilin yataq otağındakı divanda Rəsulun cansız bədənini aşkar ediblər.

Bakıda uşaq bağçasında QAN TÖKÜLDÜ: Erməni qızlara görə törədilən QƏTLDƏN GÖRÜNTÜLƏR

Faktla bağlı cinayət işi başlanıb. Bakı şəhər sakini Kamran Məmmədli şübhəli şəxs qismində saxlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəsul Salahzadənin ölümünə - mədə və mədəaltı vəzidə baş vermiş massiv qanitirmə səbəb olub.

Həmin ilin dekabr ayında Nizami Rayon Prokurorluğu tərəfindən Kamran Məmmədliyə qarşı CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Oxu.Az Lent.az-a istinadən həmin cinayət işinin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, mayın 29-u saat 22 radələrində R.Rüstəmov küçəsi, 76 ünvanında yerləşən uşaq bağçasının həyətində, Məsud Məmmədov Rəsul Salahzadə ilə, sonuncunun "Telegram" sosial şəbəkəsində erməni milliyyətindən olan qadınlara dəstək nümayiş etdirdiyinə görə mübahisə edib. Onların söhbətlərinə müdaxilə edən Kamran Məmmədli Rəsul Salahzadənin ünvanına nalayiq ifadələr işlədib. Həmin şəxs üzərinə gəldikdə K.Məmmədli üstündə olan açılıb-qatlanan bıçaqla Salahzadənin sinəsinə, qarnına və sağ ayağına 3 dəfə zərbə vurub, sonra isə ərazidən uzaqlaşıb.

Hadisədən 81 gün sonra, yəni avqustun 17-də zərərçəkmiş kirayədə yaşadığı evdə bıçaqla yetirilən və bilavasitə ölümlə səbəbli əlaqəsi olan yaradan dünyasını dəyişib. Beləliklə, Kamran Məmmədli Rəsul Salahzadəni qəsdən həyatdan məhrum etmiş olub.

İstintaq zamanı Kamran Məmmədli özünü təqsirli bilib.

O bildirib ki, 2019-cu ildə orta məktəbi bitirib, Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs törədildikdə) maddəsi ilə 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən hərbi xidmətdə olmayıb. Mayın 29-da axşam tanışı Məsud Məmmədov yaxınlaşaraq, adını dəqiq bilmədiyi şəxsin sosial şəbəkədə onu söydüyünü və bununla əlaqədar yaranmış söhbətə aydınlıq gətirmək istədiyini deyib. O, yaşadığı evin blokunda 6 və 7-ci mərtəbələr arasında olan su sayğacının qabının içərisində saxladığı açılıb-bağlanan bıçağı götürüb, Məsuda verib. Daha sonra görüş təyin etdikləri ünvana, Qara Qarayev prospektində yerləşən "McDonalds" restoranının qarşısına gediblər. Orada Məsud Rəsul adlı şəxslə görüşüb, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etməyə başlayıblar. Məhlələrin birində, skamyada əyləşib söhbət ediblər. Rəsul Məsudu yumruqla vurmaq istəyəndə, sonuncu 1-2 addım geriyə çəkilib. Kamran onlara tərəf qaçaraq, nə baş verdiyini soruşub. Rəsul Məsudun söyüş söydüyünü və ondan qarışmamasını tələb edib. Məsud əlindəki bıçağı yerə atan kimi, kəsici aləti götürərək Rəsulun üzərinə gedib, onun sinəsinə, ardınca da qarnına zərbələr endirib. Rəsulu qaldırıb, yerə çırpıb və axırıncı zərbəni bud nahiyəsinə vurub. Təxminən 2 dəqiqə orda dayanıblar. Sonra yaxınlıqda olan insanlara bir nəfəri bıçaqladığını və Təcili Tibbi Yardıma zəng etmələrini xahiş ediblər:

"Qorxaraq Nizami Rayon İcra Hakimiyyəti istiqamətində qaçdıq. Qara Qarayev prospekti, 126 ünvanında Məsud cibindən bıçağı çıxarıb mənə verdi. Mən də aparıb, onu yenə su sayğacının içərisinə qoydum. Səhərisi gün polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami Rayon Polis İdarəsinə aparıldım".

İstintaqın gedişatında Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan ediləndə, Kamran Məmmədli əvvəlki ifadələrinə zidd olaraq ümumiyyətlə, Rəsul Salahzadəni bıçaqlamadığını bildirib. Hadisə yerindən qaçıb getdikdən sonra Məsud ona bıçağı gizlətməsi və hər şeyi öz üzərinə götürməsini söyləyəndə, ona inanıb. Buna görə də, matın 30-da ilk dəfə dindirilərkən polis idarəsində cinayətin onun tərəfindən törədilməsini etiraf edib. Polis əməkdaşları və müstəntiq tərəfindən təzyiqə məruz qalmayıb. Sadəcə Məsudun sözünə inanaraq, tanışının atasının ona köməklik göstərəcəyini düşünüb və ölümü üzərinə götürüb. Əvvəlki ifadəsində, Məsudun cibindən bıçaq çıxarmasını və yaxınlaşanda Rəsulun yerdə qanlı vəziyyətdə uzanmasını gördüyünü bildirsə də, bunu düzgün söyləməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Vəzifə Salahova ifadəsində göstərib ki, mayın 29-da oğlu bıçaq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə çatdırılaraq, əməliyyat olunub: "Müstəntiq Rəsuldan huşsuz vəziyyətdə ifadə alıb. Bir müddətdən sonra evə buraxılsa da, öldüyü günədək oğlum yataqdan qalxa bilmədi, tez-tez halı dəyişdi, ürəyi bulandı. Avqustun 17-də evə təcili yardım çağırdım, saat 23:50-də oğlum vəfat etdi. Məsud Məmmədovun valideynləri Rəsulu sağaltmağı öz öhdələrinə götürmüşdülər. Anası 3 aya övladımı sağaldacaqlarına söz vermişdi, Məsuddan şikayətçi olmamağımı xahiş etmişdi. Rəsulu Məsud və Kamran öldürüblər".

Şahid Məsud Məmmədov bildirib ki, mayın 29-da "Telegram" şəbəkəsində Rəsul Salahzadənin ermənilərə dəstək verməsi barədə paylaşım etdiyini və altında azərbaycanlı istifadəçilər tərəfindən onun ünvanına nalayiq ifadələrin yazılmasını görüb. Rəsulu qiyabi tanıdığından, "Vkontakte" şəbəkəsində mesaj yazıb, nə məsələ olmasını soruşanda o paylaşımın əslində göründüyü kimi olmadığını və bunu ətraflı şəkildə yalnız onunla görüşüb, izah edə biləcəyini deyib. Buna görə, görüşmək barədə razılaşıblar. Baş vermiş hadisədən sonra Rəsulun qana bulaşmış vəziyyətdə yerdə uzandığını görüb, qorxaraq, polisə və təcili yardıma məlumat vermədən, hadisə yerindən qaçıb. Növbəti gün məşğələdə olanda, evlərinə polis əməkdaşlarının gəldiyini öyrənib. Polis idarəsinə gedərək, izahatında, Rəsulun bıçaqla vurulmasından məlumatı olmadığını göstərib. Telefonun işığını yandırandan sonra, Rəsulun yaralandığını görsə də, Kamranın onu bıçaqla vurmasını görməyib.

Şahid Tahir Orucov bildirib ki, mayın 29-u saat 22 radələrində eyvanda siqaret çəkərkən, bağçanın həyətində 2 nəfərin mübahisə etdiyini, 3-cü oğlanın isə kənarda dayandığını görüb. Həmin yer çox qaranlıq olduğundan, bıçaqla xəsarət yetirilmə anını görməyib. Kənarda dayanan hündürboylu oğlan yerə yıxılan şəxsdə yaxınlaşıb, kömək göstərməyə çalışıb. Dərhal aşağı düşüb. Yaşlı adam olduğundan, irad bildirən zaman həmin şəxslərin onu da vura biləcəyini düşünüb, buna görə, özünü qorumaq məqsədilə bir az məsafə saxlayıb. Tanımadığı 1-2 nəfər də əllərindəki mobil telefonların işıqlarını yandırıb, ora yaxınlaşb. O, həmin şəxslərə "siz etdiniz, o uşağı vurduğunuzu gördüm" deyib. Hadisə yerinə gələn polis əməkdaşlarına yaralanan oğlan, yalnız anasına onu bağışlamasını çatdırmalarını söyləyib.

Məhkəmə iclasında Kamran Məmmədli ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, ibtidai istintaq zamanı təzyiq altında ifadə verib. Rəsul Salahzadəni bıçaqla vurmayıb. Mübahisə Məsudla Rəsulun arasında olub, o, sadəcə onları aralamaq üçün müdaxilə edib. Ümumiyyətlə üzərində bıçaq olmayıb.

Məhkəmə hesab edib ki, Kamran Məmmədlinin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilməyib.

Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilmədir. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi 126.3-cü maddəsinə tövsif olunmalıdır. K.Məmmədli həmin maddənin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Məmmədli 10 il müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Aprel 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see228

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see192

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see156

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see144

MiQ 29 hissələri Macarıstandakı aerodromdan oğurlanan borcun ödənişi kimi Rusiyadan alınıb

16 Avqust 2025 11:29see138

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see137

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see134

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see133

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see133

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see133

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see133

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see132

37 yaşlı qadın Rusiya gözəli seçildi FOTO

16 Avqust 2025 11:48see131

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see129

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see128

Sabunçuda 3 otaqlı ev yandı

16 Avqust 2025 17:13see128

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

16 Avqust 2025 17:02see127

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see127

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see126

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri