Icma.az
close
up
RU
Bakıda və ətraf ərazilərdə yaşıllıqların məhvi yenidən gündəmdə: ekologiyaya məsul olanlar hara baxır?

Bakıda və ətraf ərazilərdə yaşıllıqların məhvi yenidən gündəmdə: ekologiyaya məsul olanlar hara baxır?

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda və paytaxtətrafı ərazilərdə ağacların kəsilməsilə bağlı problem son vaxtlar yenidən aktuallaşıb. Yaşıllıq ərazilərin məhv edilməsi prosesi bir müddət səngisə də, proses yenidən sürətlənib.

Bizimyol.info xəbər verir ki, son bir neçə gündə Xırdalanda, Əhmədlidə sakinlər ağacların kəsilməsinə etiraz ediblər.

Xırdalan yolun kənarındakı xeyli zeytun və iydə ağacları kəsib, yerini qısa müddətdə sürətlə betonlayıblar. Buna etiraz edən sakinlərin sözlərinə görə, ağacları kəsib, yerini betonlatdıran həmin ərazidəki obyekti inşa etdirənlər olub. Sakinlər hesab edir ki, onlar ərazini genişləndirmək üçün bu addımı atıblar.

“Nə sakinləri sayan var, nə narazılığa əhəmiyyət verən var. Ürəkləri necə istəyir, elə də davranırlar. Normalda ağaclar əkilməlidir ki, oksigen bol olsun, bizimkilər olan-qalanı da kəsirlər. İcra hakimiyyəti, ağaclara, ekologiyaya məsul olanlar hara baxır, bilinmir”, - Aynur Qurbanova şikayətlənir.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələdən xəbərdardılar. Hətta hadisə yerinə baxış da keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də baş verənlər barədə məlumatlandırılıb. Bu qurumdan isə bildirilib ki, artıq məsələ ilə bağlı araşdırma aparılıb və ağacların kəsilməsinə görə məsuliyyət daşıyan Vüsal Fərzəliyev haqqında tədbir görülüb - 13 min 200 manat cərimələnib.

Yaşıllıqların məhvi ilə əlaqədar narazılıq doğuran başqa bir ərazi Bakının Xətai rayonu, Gəncə prospektində yerləşir. Çoxsaylı yaşayış binası, məktəb və bağçanın əhatəsindəki irigövdəli ağacların olduğu yaşıllıq zonası xeyli vaxtdır ki, hasarlanıb. Sakinlərin sözlərinə görə, onlara əvvəl ərazidə park salınacağı deyilib. Bir qədər sonra isə eşidiblər ki, orada binalar tikiləcək.

Buna etiraz edən vətəndaşlar müxtəlif dövlət orqanlarına şikayət məktubları göndəriblər. Lakin heç bir xeyri olmayıb.

“Eşitdik ki, ərazi “Hayat Residence” MMC-yə satılıb. Bu şirkət binalar tikəcək. Nə qədər şikayət yazdıq, xeyri olmadı. Yolu qısaltmaq üçün sakinlərin 40 ildir istifadə elədiyi pilləkən keçid vardı, onu da bağladılar. Hasarlanmış ərazidə son bir neçə ildə dəfələrlə yanğın olub. Keçən yayda olan axırıncı yanğında nə qədər ağac, kol yandı. Hesab edirik ki, özləri qəsdən yandırırlar. Bu qədər təsadüf olar?!”, - Xalidə Məmmədova şikayətlənir.

Leyla Həsənova qeyd edir ki, ərazidə boş yer qalmayıb, hər yerdə bina, obyekt tikilir. Üstəlik, yaşıllıqlar da məhv edilir. Bu da insanlar üçün oksigenin azalması deməkdir: “Dövlət orqanları hara baxır?”

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2026 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri