Icma.az
close
up
RU
Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir Video

Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir Video

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda müştərinin aldığı “iPhone 17 Pro” markalı telefon ona problem yaradıb. 

Bu barədə “Qafqazinfo”ya S.Məmmədova adlı vətəndaş müraciət edib. 

Onun sözlərinə görə, təxminən 6 aydır işlətdiyi telefonun korpusu rəngini dəyişməyə başlayıb. Vətəndaş bildirib ki, “iPhone”un trend olan narıncı rəngindən alıb, amma bir müddət sonra heç bir kənar müdaxilə və ya təsir olmadan həmin narıncı çəhrayı tona keçməyə başlayıb: “Cari ilin dekabr ayında “Baku Electonics”in Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki filialından telefon aldım. Ən çox sevdiyim isə yeni çıxan narıncı rəngi idi. Lakin bir neçə ay sonra fərqinə vardım ki, narıncı rəng çəhrayıya çevrilir...”

S.Məmmədova bunu görən kimi satıcı şirkətə müraciət edib: “Onlara bunu bildirdikdə dedilər ki, “Apple”ın problemidir. Gülməli haldır ki, biz məhz bu telefonların rənginə görə artıq ödəniş edirik. Rənglərə görə qiymət də dəyişir. Bəs, niyə o zaman belə bir problem yaranır?” 

Şikayətçi əlavə edib ki, zaman keçdikcə telefonun bütün korpusunun rəngini dəyişəcəyindən və görüntünün daha qeyri-estetik olacağından da narahatdır. 

İddialarla əlaqədar “Baku Electonics”lə əlaqə saxlasaq da, rəsmi cavab ala bilmədik. 

Məlumat üçün bildirək ki, “iPhone 17 Pro”nun “cosmic orange” rəngində çəhrayılaşma iddiaları bir müddət əvvəl dünya mediasında da gündəm olmuşdu. Məlumatlara görə, bəzi cihazlarda narıncı rəng zaman keçdikcə çəhrayı və ya rose-gold çalarına doğru dəyişir. Başqa bir istifadəçi isə cəmi dördgünlük “iPhone 17 pro” cihazında kamera hissəsinin gün işığında çərçivədən daha tünd göründüyünü bildirib. Mütəxəssislər mümkün səbəblər arasında peroksid tərkibli təmizləyici vasitələrin istifadəsini və ya uzunmüddətli ultrabənövşəyi (UV) şüalara məruz qalmanı göstərirlər.

Maraqlıdır ki, “iPhone 17 pro” seriyasının digər daha solğun rəng variantlarında bu problem müşahidə olunmayıb. “Apple” hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

Bununla belə, bəzi istifadəçilər “Apple Support” tərəfindən cihazlarının yoxlanıldıqdan sonra yenisi ilə əvəz edildiyini bildiriblər.

Fidan Etibar 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyun 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri