Icma.az
close
up
RU
Bakıda “X Beynəlxalq Bankçılıq Forumu 2026” keçiriləcək

Bakıda “X Beynəlxalq Bankçılıq Forumu 2026” keçiriləcək

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 24-25-də Bakıda “Mastercard” ilə strateji tərəfdaşlıq çərçivəsində “X Beynəlxalq Bankçılıq Forumu 2026” (IBF 2026) keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçiriləcək forum Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Türk Dövlətləri Bank Assosiasiyaları Şurası (CBATS), Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digər tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunur.

IBF 2026-nın əsas mövzuları bank əməliyyatlarında və nəzarət proseslərində süni intellektin tətbiqi, açıq bankçılıq və məlumatların daşına bilməsi (Data Portability), rəqəmsal identifikasiya və paylanmış KYC, ani və transsərhəd ödənişlər, kiberdavamlılıq və dələduzluq risklərinin idarə olunması, tokenləşdirilmiş pul və hesablaşma sistemləri, dayanıqlı maliyyə, əhali və KOB subyektləri üçün inklüziv maliyyə, kapital bazarları vasitəsilə maliyyələşmə mənbələrinin şaxələndirilməsi, nəzarət texnologiyaları (SupTech) və bankçılığın gələcəyini formalaşdıran digər mühüm istiqamətləri əhatə edəcək. Əsas proqramla yanaşı, forum çərçivəsində meetup-lar, seminarlar, vebinarlar və müsabiqələr kimi yan tədbirlər də təşkil olunacaq və iştirakçılar arasında dinamik əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək.

Qeyd edək ki, IBF regionun maliyyə və bankçılıq sektorunda aparıcı platformalarından biri olaraq hər il yüksək səviyyəli iştirakçıları bir araya gətirir. İllər ərzində forum Bakı şəhərinin biznes və iqtisadi tədbirlər təqvimində flaqman tədbirlərdən biri kimi öz mövqeyini möhkəmləndirib.

IBF Azərbaycanda bütün bankların rəhbərlərinin iştirak etdiyi yeganə ixtisaslaşmış maliyyə və bankçılıq tədbiridir. Forum, həmçinin tənzimləyici qurumların, fintech şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, diplomatik nümayəndəliklərin, akademik dairələrin nümayəndələrini və Azərbaycandan, eləcə də digər ölkələrdən olan aparıcı qərarvericiləri bir araya gətirir. Qonşu ölkələrdən və digər beynəlxalq maliyyə mərkəzlərindən iştirak edən nümayəndə heyətləri forumun regional və qlobal əhəmiyyətini daha da gücləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see336

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see312

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see309

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see271

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see271

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see267

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see255

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see252

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see188

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri