Dolların mövqeyi zəifləyir, manat güclənir İZAH
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda dollarlaşma səviyyəsi tarixi minimuma enib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib: "Valyuta bazarında həm nağd, həm də qeyri-nağd seqmentində təklif tələbi kəskin üstələyir. Vətəndaşların manata və bank sektoruna inamı artır. Dollarlaşma illik əsasda 3,3 faiz bəndi azalaraq 25,2 %-ə düşüb.
Bu isə tarixi minimumdur. Ümumiyyətlə, 2021-ci ilin sonu ilə müqayisə etdikdə dollaşlaşma səviyyəsi 15,4 % azalmışdır. 10 ayda AMB-nin valyuta ehtiyatları 34 % və yaxud 3,9 milyard ABŞ dolları artaraq 15,4 milyard ABŞ dollarına çatıb. Bu, tarixi maksimumdur".
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Sherg.az-a açıqlamasında bildirib ki, dollarlaşmanın 25,2 faizə düşməsi əhalinin manata etimadının artdığını göstərən mühüm göstəricilərdən biridir. Onun fikrincə vətəndaşlar əmanətlərini və yığımlarını daha çox milli valyutada saxlamağa üstünlük verirlərsə, bu, manatın sabitliyinə və bank sektoruna inamın güclənməsi ilə bağlı ola bilər:
“Dollarlaşmanın azalmasını yalnız etimad amili ilə izah etmək düzgün olmazdı. Burada bir neçə iqtisadi səbəb də rol oynaya bilər. İlk növbədə, manatın uzun müddətdir məzənnə sabitliyini qoruması əhalinin dollar almağa marağını azaldır. Digər tərəfdən, manatla əmanətlər üzrə faiz gəlirlərinin xarici valyutada olan əmanətlərdən daha yüksək olması vətəndaşları milli valyutada yığıma təşviq edir. Eyni zamanda, bank sektoruna inamın artması, maliyyə xidmətlərinin genişlənməsi və valyuta bazarında təklifin tələbi üstələməsi də bu prosesə təsir göstərir”.
A. Nəsirli qeyd edib ki, dollarlaşmanın azalması avtomatik olaraq bütün əhalinin manata etimadının eyni səviyyədə artması demək deyil:
“Bunun üçün əmanətlərin strukturuna, əhalinin valyuta alışlarına və uzunmüddətli yığım davranışına da baxmaq lazımdır. Əsas məsələ bu tendensiyanın davamlı xarakter almasıdır. Manata etimadın möhkəmlənməsi isə təkcə məzənnə sabitliyi ilə deyil, həm də inflyasiyanın cilovlanması, alıcılıq qabiliyyətinin qorunması və iqtisadi sabitliyin təmin edilməsi ilə bağlıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 16 Noyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















