Bakıda xadimə işlədiyi evi qarət etdi
Lent az saytına istinadən Icma.az xəbər verir.
Bakının Yasamal rayonunda evdən külli miqdarda oğurluq edilib.
Lent.az xəbər verir ki, vətəndaş polisə müraciət edərək, 5000 manat dəyərində qızıl-zinət əşyası və 220 manat pulunun talandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı S.Dadaşova müəyyən olunaraq saxlanıb. Araşdırmalarla onun noyabr ayının 1-dən 25-dək olan müddətdə xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə zərərçəkənin cibindən 1882 manat talamaqda şübhəli bilinən 25 yaşlı S.Salmanzadə də polis tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Bakıda qadın xadimə işlədiyi evdən oğurluq ETDİ
09 Dekabr 2024 13:41
Bakıda kişi işlədiyi parnik i qarət etdi
26 Mart 2026 11:34
Bakıda kirayəşin evi QARƏT ETDİ
25 Noyabr 2025 12:41
Bakıda 21 yaşlı kişi sevgilisinin işlədiyi marketi qarət etdi
11 Dekabr 2025 23:20
Bakıda xadimə müdiri döydü
16 Oktyabr 2025 13:08
Baxış sayı:79
Bu xəbər 27 Noyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















