Yeni temperatur rekordu təsdiqləndi
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qlobal orta temperaturda yeni rekord qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, bu rekord 18-24 noyabr tarixləri arasında baş verib.
Bu dövrdə qlobal orta temperatur ardıcıl yeddi gün ərzində sənayeləşmədən əvvəlki səviyyələrdən 2 dərəcə Selsidən çox yüksək olub.
2026-cı il 18-24 noyabr tarixləri arasındakı orta temperaturla 1850-1900-cü illər arasında 18-24 noyabr tarixləri arasındakı orta temperatur arasındakı fərq 2 dərəcə Selsidən çoxdur.
Kopernikin strateji iqlim üzrə məsul şəxsi Samanta Burgess bildirib ki, bu, Paris Sazişindəki uzunmüddətli 2 dərəcəlik həddi aşmaqla eyni deyil, lakin iqlimimizin hara doğru gedəcəyinin güclü bir göstəricisidir.
2026-cı ilin noyabr ayından əvvəl bu həddi ayrı-ayrı günlərdə yalnız altı dəfə aşılıb.
2024-cü ilin fevral ayında dörd dəfə və 2023-cü ilin noyabr ayında iki dəfə. Bu ay 2 dərəcəlik həddi 18-24 noyabr tarixləri arasındakı dövrdən əvvəl üç ayrı gündə aşılıb.
Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin mənfi təsirlərindən qaçınmaq üçün qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmağı hədəfləyirdi.
Lakin Birləşmiş Millətlər Təşkilatının (BMT) bu məsələ ilə bağlı hesabatında 1,5 dərəcəlik həddi aşmağın qaçılmaz olduğu göstərilir.
Hazırda yüksək temperaturlara həm qlobal istiləşmə, həm də “El-Nino” (Sakit okeanın tropik hissəsində dəniz səthinin temperaturunun normadan yüksəlməsi ilə yaranan təbii iqlim hadisəsidir) hava fenomeni təsir göstərir.
BMT agentliyi olan Ümumdünya Meteorologiya Təşkilatı ötən sentyabr ayında “El-Nino”nun qarşıdakı aylarda daha da güclənəcəyini, ilin sonuna doğru pik həddə çatacağını və iqlim təsirlərinin 2027-ci ilə qədər davam edəcəyini açıqlayıb.
Vəziyyəti qiymətləndirərkən Burgess xəbərdarlıq edib:
““El-Nino” gəlib-gedəcək, amma istixana qazı tullantılarının yaratdığı istiləşmə bu tullantıları azaltmasaq, davam edəcək”.
Qeyd edək ki, “El Nino”, şərq-qərb küləklərinin zəifləməsi səbəbindən tropik şərq Sakit okeanında dəniz səthinin temperaturu normadan yuxarı qalxdıqda inkişaf edən bir hava fenomeni kimi müəyyən edilir.
Bu, dünyada külək, atmosfer təzyiqi və yağıntı rejimlərində dəyişikliklərə və qlobal temperaturun ümumi artmasına səbəb olur.
Hər yeddi ildə bir ortaya çıxan və adətən doqquz aydan 12 aya qədər davam edən bu hadisənin qlobal hava şəraitinə təsiri dünya miqyasında kənd təsərrüfatı məhsullarını təhlükə altına alır. Hazırkı “El Nino” ötən ilin iyun ayında başlayıb.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Noyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















