Ukrayna Krım körpüsünə hücumda İsrail sistemindən istifadə edib?
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Krım körpüsünə hücumlar zamanı İsrailin “HiSKY” peyk rabitə sistemindən istifadə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri “Starlink” sisteminin fəaliyyətində tətbiq edilən məhdudiyyətlər səbəbindən ona alternativ axtarır. Nəşrin məlumatına görə, İsrail sistemi “Starlink”dən fərqli olaraq daha yüksək texniki hazırlıq və mütəxəssis dəstəyi tələb edir. Bu səbəbdən onun yalnız xüsusi əhəmiyyətli əməliyyatlarda istifadə olunacağı ehtimal edilir.
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 27-də ölkənin nəzarətində olan ərazilərdə “Starlink” və “Starshield” sistemlərinin fəaliyyətinin normallaşdığını, işğal altındakı ərazilərdə isə məhdudiyyətlərin qüvvədə qaldığını bildirib.
Qeyd edək ki, Rusiya mətbuatının məlumatına görə, Ukrayna noyabr ayında Krım körpüsünə üç dəfə hücum edib və nəticədə körpüyə ziyan dəyib. Rusiya Prezidenti Vladimir Putin isə bu hücumlara görə Ukraynaya sərt cavab veriləcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 28 Noyabr 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















