Bakıda yağmursuz, rayonlarda yağış, dolu, qar...
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 17-19, gündüz 21-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20, gündüz 25-29, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.
Q.ƏLİYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 30 Sentyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















