Icma.az
close
up
RU
Bakıda yarım milyon manat mənimsəyən məşhur general a hökm oxundu

Bakıda yarım milyon manat mənimsəyən məşhur general a hökm oxundu

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda rüşvət alma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə ittiham olunan Mirdaməd Əzizova hökm oxunub.

AzPost  Qaynarinfa-ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Mirdaməd Əziz oğlu Əzizov özünü əmlak eksperti kimi təqdim edərək, 26 nəfərə məxsus ümumilikdə 431.600 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib. O, bu əməlləri vahid niyyətlə həyata keçirərək külli miqdarda dələduzluğa yol verib.

Mirdaməd Əzizov mənzillərin alqı-satqısı sahəsində televiziyalarda, yazılı mətbuatda və sosial şəbəkələrdə ekspert kimi çıxış edib. Bu səbəbdən bir çox şəxs mənzil əldə etmək ümidi ilə ona müraciət edib. 2022-ci ilin əvvəllərindən etibarən Yasamal rayonunda yerləşən ofisində fəaliyyət göstərən Əzizov mənzil almaq istəyən vətəndaşlara guya Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) çalışan vəzifəli şəxslərlə əlaqələri olduğunu deyib. O, müəyyən məbləğ qarşılığında həmin şəxslərə mənzil ayrılmasında köməklik göstərəcəyini vəd edib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, əvvəlcədən MİDA-nın “Güzəştli mənzil” sistemi barədə məlumat əldə edib və yanına gələn vətəndaşlara bu sistemin iş prinsipi barədə ətraflı izahat verib. O, zərərçəkmiş şəxsləri MİDA-nın qeydiyyatına salmaq adı ilə onları guya “investor” adlı proqrama daxil edəcəyini vəd edib.

Mirdaməd Əzizov bu yolla vətəndaşların etimadını qazanaraq, “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq bəhanəsi ilə 26 nəfərdən ümumilikdə 431.600 manat pul toplayıb və bu vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. Məhkəmədə etdiyi əməldən peşman olduğunu bildirib. O, özünə məxsus ofisdə saxta “general” geyimində vətəndaşları qəbul edərək onlarda inam yaradıb və pullarını alıb.

Məhkəmənin qərarı ilə Mirdaməd Əzizov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri