Icma.az
close
up
RU
Bakıda yarım milyonluq toyu onlar edirmiş İlginc detallar

Bakıda yarım milyonluq toyu onlar edirmiş İlginc detallar

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Şairə Nazilə Səfərlinin toy qiymətləri ilə bağlı fikirləri rezonans doğurub. O, “Öz aramızda” verilişində deyib ki, Bakıda 200 min manata xına məclisləri keçirilir, təkcə dekorasiya 50 mindən çox olur, xonçaya yarım milyon manat ödəyənlər belə var. Paralel olaraq, müğənni Kərim Abasov da başqa ölkələrdən bahalı qiymətə müğənnilərin dəvət edildiyini bildirib, hətta türkiyəli müğənni Mustafa Sandalın Bakıda keçirilən məclisə görə 1 saatı üçün 170 min dollar aldığını iddia edib. Bu rəqəmlər bir tərəfdən imkanlı təbəqənin həyat tərzini göstərsə də, digər tərəfdən sosial bərabərlik, dəbdəbə yarışı və israf mövzularını alovlandırıb.

Bu toyları edənlər kimlərdir? Belə astronomik rəqəmlər nədən xəbər verir?

Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, yuxarı təbəqədən olan şəxslər pullarını sadəcə ehtiyac üçün yox, həm də başqalarına nümayiş etdirmək üçün xərcləyirlər:

“Azərbaycanda isə bu nümayiş elə xına gecəsindən başlayır. Nə qədər paradoksal səslənsə də, bu insanlar xına, toy kimi tədbirlərlə evliliklərinə yox, əvvəlcə sosial statuslarına investisiya edirlər. 200 minlik dekorasiyalar, yarım milyonluq xonçalar hamısı sevgi, sevinc, ailə məsələlərindən çox, “Görün biz kimik, kimlərdənik” mesajının ötürülməsi üçündür. Yəni ortada açıq-aydın bir dəbdəbə yarışı var. Bunun absurd səviyyəyə çatması isə göstərir ki, pulla alınan komfort insanlara kifayət etmir, onlar pulla güc, böyüklük illüzsiyasını da almaq, ətrafa göstərmək istəyirlər. Bu da hər zaman sosial təbəqələşməni daha da sərtləşdirir”.

Yusif Nəbiyev

Sosioloq bildirib ki, astronomik rəqəmlər sosial uçurumun dərinliyindən xəbər verir:

“Bir tərəfdə gənc ailələr 20-30 minlik toy kreditinin altından çıxa bilmirlər, evləndikdən sonra belə illərlə kredit ödəyirlər, digər tərəfdən isə toyda sırf hansısa məşhur müğənni oxusun deyə, bir saatına 100-150 min dollar verənlər var. Bu disbalans cəmiyyətdə nisbi məhrumiyyət hissini gücləndirir. Aydın məsələdir ki, belə toyları təşkil edənlər ölkədə formalaşmış yüksək gəlir qrupları, oliqarx təbəqəsi, dövlət və biznes dairələrinin nümayəndələri və ya onların yaxın ətraflarıdır. Bu insanlar üçün toy adi bir ailə mərasimi deyil, reputasiya və güc nümayişidir. Şübhə yoxdur ki, pul təkbaşına sosial status yarada bilmir, onu bir yerə toplayıb camaata göstərmək lazımdır. Bu toylar da həmin “göstərmə mərasimi”nin müasir versiyasıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri