Icma.az
close
up
RU
Bakıda yaşıl sıçrayış: Üç dövlət gələcəyin energetika tranziti üçün birləşdi AZƏRTAC

Bakıda yaşıl sıçrayış: Üç dövlət gələcəyin energetika tranziti üçün birləşdi AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astana, 15 noyabr, AZƏRTAC

Bakıda keçirilən COP29 tədbiri zamanı imzalanan “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” üç ölkənin əməkdaşlığında yeni mərhələdir.

Bu sözləri Maksut Narikbayev Universitetinin “MIND” Tədqiqat və Analitika Mərkəzinin xarici siyasət və beynəlxalq tədqiqatlar proqramının rəhbəri Miras Jienbayev AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

“Qazaxıstan, Azərbaycan və Özbəkistanın yaşıl enerji sahəsində birgə fəaliyyəti Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən vahid makroregionun inkişafına mühüm sərmayədir”, - deyə o bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Mərkəzi Asiyanın əhalinin sayına görə dünyanın ən sürətlə inkişaf edən regionlarından biri olduğu indiki şəraitdə enerjiyə tələbat getdikcə artır.

“Eyni zamanda, bizim hazırkı və gələcək potensialımız qlobal enerji tranzitində əsas rol oynamağa imkan verir. Böyük karbohidrogen tədarükçüləri olan Qazaxıstan və Azərbaycan növbəti bir neçə onillikdə qlobal neft istehlakının azalmasını kompensasiya etmək üçün kifayət qədər yaşıl enerji potensialına malikdir. Yaşıl enerjinin ixracı neft ixracının azalması ilə bağlı itkiləri də kompensasiya edəcək”, - deyə M.Jienbayev bildirib.

O, imzalanan sənədin nazirlik və idarələrin ətraflı işi üçün əsas olacağını vurğulayıb. Sazişin əhəmiyyətini COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsində Səudiyyə Ərəbistanı Krallığının iştirakını təmin edən sənədlərin imzalanması da təsdiq edir.

“Gələcəkdə tərəfdaşlıq genişlənəcək, enerji və karbohidrogen siyasətinin digər sektorlarını əhatə edəcək. Enerji əməkdaşlığında transformasiya mərhələsi Orta Dəhliz layihəsini beynəlxalq məsələlərdə, o cümlədən yaşıl inkişafda yeni səviyyəyə qaldırır. Bu, həm iştirakçı ölkələrin milli mənafeyinə, həm də bütün makroregionun regional maraqlarına uyğundur”, -deyə ekspert bildirib.

M.Jienbayev xatırladıb ki, sənədin imzalanmasından əvvəl bir sıra birgə görüşlər keçirilib və bu danışıqlar dövlət başçılarının əməkdaşlığı dərinləşdirmək əzmində olduğunu təsdiqləyib.

Ekspert vurğulayıb: “Üç ölkə liderlərinin strateji əhəmiyyətli enerji sektorunda əməkdaşlığa hazır olması təkcə tərəfdaşlıq istəyini deyil, həm də dövlətlər arasında yüksək etimadı nümayiş etdirir. Əhəmiyyətli razılaşmaların əldə edilməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində müntəzəm görüşlər, o cümlədən Zirvə toplantıları və yüksəksəviyyəli görüşlər, habelə Azərbaycan liderinin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşlərində müntəzəm iştirakı sayəsində mümkün olub”. O əlavə edib ki, baş verən hadisələr ən yaxın tərəfdaşlar və qardaş dövlətlərlə müttəfiqlikdə müsbət gələcək formalaşdırır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri