Icma.az
close
up
RU
Güzəştli mənzillərin yarış formasında verilməsi dayandırılmalıdır So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Güzəştli mənzillərin yarış formasında verilməsi dayandırılmalıdır So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az bildirir, 525.az portalına istinadən.

Yasin Qarayev, Xalq artisti:

- Ruhu bizimlə olan sənətkar!

Dekabrın 3-ü Heydər Əliyev adına sarayda, fərqli ifası ilə böyük xalq məhəbbəti qazanmış Respublikanın Əməkdar artisti, müğənni-bəstəkar

Məhəbbət Kazımovun möhtəşəm bir xatirə gecəsı keçirildi. Gecəyə Məhəbbət sənətinə layiq, müğənni- xanəndə və musiqiçilər dəvət olunmuşdular .Onu da deyim ki, ssenari, səhnə tərtibatı, aparıcı xanımın improvizələri, yüksək zövq və peşəkarlıqan xəbər verirdi.

Odur ki, tamaşaçılar gecəni, son illərin ən təsirli və yaddaqalan bir gecəsi kimi dəyərləndirdilər. Əməyi olanlar sağ olsunlar. Düşünürəm ki, bu gecədə cismən bizdən ayrı olan sənətkarın ruhu da gülümsəyib, şad oldu!

Fərid Pərdəşünas, texnobloger:

- MİDA alıcıları satış başladığı zaman ciddi texniki problemlərlə üzləşiblər. Serverlərin eyni anda yüklənməsi səbəbindən bir çox istifadəçi xəta ekranı ilə qarşılaşıb.

Paralel olaraq bəzi istifadəçilərin sorğuları isə emal olunub. Eyni anda serverə daxil olan sorğuların çoxluğu platformaya girişdə çətinliklər yaradıb. İstifadəçilər seçimlərin növbəti addımına keçid edə bilməyiblər.

Bəzi istifadəçilərin xəta ilə üzləşməsi və bəzilərinin seçim edə bilməsi texniki cəhətdən mümkün haldır. Amma bu, ədalətli yarışın təşkili demək deyil. Vətəndaşlar bərabər imkanlarla satışda iştirak etməlidirlər.

Düşünürəm ki, artıq Milli Məclis və aidiyyəti qurumlar bu qanuna düzəlişlər təklif etməli və güzəştli mənzillərin sürət hesabına yarış formasında verilməsi dayandırılmalıdır. Ən ədalətli yanaşma istifadəçilərin böyük bir stadionda toplanıb, canlı püşkatma ilə seçimdə iştirakını təmin etməkdir.

Aslan İsmayılov, hüquqşünas:

- Azərbaycanda yaşadığım illərdə demək olar ki, ilin 4 fəslindən ancaq yay və qış fəsillərini görmüşəm. Bu il yaz, yay və payız fəsillərini gördüm. Görək qış necə olacaq?

Qulu Məhərrəmli, professor:

- Putin Avropaya meydan oxuyur... 5 saatlıq danışıqlar isə nəticəsiz qaldı. Trampın xüsusi nümayəndəsi, biznes partnyoru, siyasi dələduz Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin ruslarla Ukraynaya dair apardıqları 5 saatlıq danışıqlar nəticəsiz qalıb. Putinin köməkçisi Yuri Uşakov məlumat verib ki, tərəflər ABŞ-ın təqdim etdiyi sənədləri müzakirə ediblər. Bunu xüsusi qeyd edim ki, nə ABŞ, nə də Rusiya tərəfdən danışıq aparanların heç biri diplomat və siyasətçi deyildir. Yəni tam özfəaliyyət!

Bu arada dünən V.Putin Ukraynanı dəstəkləyən Avropa ölkələrinə bəyan edib ki, müharibə istəyirsinizsə, biz hazırıq! 

Ukrayna isə Rusiyanın yanacaq-energetika məntəqələrinə dron hücumlarını davam etdirir...

Simran Qədim, yazar:

- Sənətin dəyərini anlayırıqmı, yoxsa sadəcə reklama, kontekstə və təqdimata aldanırıq?

2007-ci ildə "Washington Post" qəzetinin keçirdiyi sosial eksperiment məhz bu sualı gündəmə gətirir. Belə ki, dünyaca məşhur skripkaçı Coşua Bell 3,5 milyon dollarlıq skripkası ilə Vaşinqtondakı metrolardan birində adi küçə musiqiçisi kimi çıxış edir. Bir saata yaxın klassik əsərləri ifa etsə də, çox az adam onu dinləmək üçün ayaq saxlayır.

Coşua Bell həmin gün 32 dollar qazanır. Halbuki bir neçə gün əvvəl Bostonda baş tutan konsertdə eyni musiqini, eyni skripkanı, eyni sənətçini yüzlərlə insan dinləmiş, biletlərin qiyməti 100 dollardan başlamışdı.

Beləliklə, sənətin dəyəri təkcə onun məzmununda deyil, onu müşayiət edən sosial və mədəni çərçivədədir.

Əslində, sənətə sənətçinin bacarığından əlavə, onu qəbul edən cəmiyyətin baxış bucağı ilə dəyər verilir. Bir çox hallarda yalnız baxmaqla görə bilmirik. İnsan dəyərli olanı diqqət yetirəndə - uyğun mühitdə, məqamda, təqdimatda görür, qiymətləndirir.

Dəyəri daşıyan obyekt deyil, obyektə yönələn baxışdır.

Zümrüd Dadaşzadə, professor:

- Zaman elə sürətlə axır... Sonsuz sayda işlər, bitib qurtarmayan qayğılar... amma bu qarmaqarışıq bir dönəmdə bəzi təəccüblü dayanacaqlar da olur. Qəfildən  dayanıb musiqi ibarəsinin və ya poetik misranın duyğusallığına heyran qalırsan. Bir payız axşamı əvvəl-əvvəl telejurnalist kimi tanıdığım, sonra şair kimi kəşf etdiyim Bəhruz Niftəliyevin şeirlər toplusunun təqdimatında oldum.  Etiraf edim: Bəhruzun gecə saatlarında paylaşdığı şeirlər - əsl poeziya elə məhz gecə, səssizlikdə(n) yaranır - məni daxilən həyəcanlandırırdı... Sarı simə toxunmaq xassəsinə malik idi o sözlər, o sözlərin düzülüşü...  Şeirləri bir araya gətirib nəşr etdirmək zərurəti barəsində mən də Bəhruza demişdim... və bu baş tutdu! Təbrik edirəm, əziz insan! Qoy yaradıcılıq sevincləriniz çox olsun!

Dilqəm Əhməd, jurnalist:

- Türkiyə cəmiyyətini bircə papa iki yerə bölməmişdi, o da oldu.

Əzizə İsmayılova, jurnalist:

- Adamlar çox qəribə olublar. Tiktokda layk yığmaq üçün valideynlərin öz uşaqlarının başına açmadıqları oyun qalmayıb - gah "zarafatla" üstünə qışqırıb ağladırlar, gah söyüş söydürürlər, gah küçə mahnıları ilə hansısa hərəkətlərini montaj edirlər. İnsan övladı uşağını niyə axmaq vəziyyətə salıb el-aləmin qarşısına çıxarsın ki?..

Bir sözlə, ataların bir ayrı başı gedib, anaların bir ayrı... Bu qədər anormallıq norma ola bilməz, məncə.

Kim bilir, bəlkə də cəmiyyət həqiqətən xəstədir... sadəcə, bu xəstəliyə ad qoyub yoluxduğumuzu demirlər...

Elnarə Kərimova, jurnalist:

- Marketlərdə polietilen torbalar bahalaşıb. Əvvəl ən kiçiyi 3 qəpik idi, indi 5 qəpik. Bayram hazırlığıdır. Əvvəl çölünü bahalaşdırırlar, sonra içindəkiləri bayramlaşdıracaqlar.

Nicat Həşimzadə, müəllim:

- Azərbaycan Sovet ədəbiyyatını ideoloji cəhətdən bəyənməmək olar. Fəqət, adamların nəsr dili çox şirindir, təhkiyə gözəldir. Məsələn, İsi Məlikzadənin nəsr dili necə gözəldir. Elə bil 1 stəkan samovar çayına 1 çay qaşığı bal qarışdırıb içirsən. Zövq verir adama.

Çağdaş ədəbiyyatımızda bu cür şirin dil yoxdur.

Şedevrə baxın:

"Leyli o tərəfdə qapını hirsli-hirsli çırpanda Cəbrayılın ürəyinə damdı ki, bu payız öləcək".

Mir Səməd, bloger:

- Amerikə tərəfindən danışıqlarda iştirak etmək üçün Moskvaya Stiv Uitkof və Trampın kürəkəni Cared Kuşner gəlib. Hər ikisi milyonçudur.

Uitkof Trampın yaxın dostudur, 80-ci illərin ortalarında Tramp bir kafedə nahar edirmiş, pul ödəmək vaxtı çatanda xəbər tutur ki, pul cüzdanını ofisdə qoyub, onun hesabını Uitkof ödəyir, beləcə dost olurlar.

Cared Kuşner Trampın qızı İvankanın əridir. Nəsli Belarusdandır. Vaxtilə o ərazidə yaşayan çoxsaylı yəhudilərdəndir.  ulu babası və ya ulu babasının atası vaxtında tərpənib, Birləşmiş Ştatlara mühacirət ediblər. Bəlkə də, ulu babanın yan qonşusu heç yerə getməyib, bütün qohumları İkinci Dünya müharibəsində konslagerə düşüb.

O baxımdan insanın qəbul etdiyi vacib qərarların təkcə özünə deyil, bütün gələcək nəslinə də təsiri həlledicidir.

Bir dəfə, əsli Cənubi Azərbaycandan olan biri burda babalarının qarasınca deyinirdi ki, onsuz da köçürdün də, niyə Amerikaya mühacirət etmədin?

Asif Nərimanlı, jurnalist:

- ATƏT-in Minsk qrupu və onunla əlaqəli strukturların bağlanması prosesinin məhz 1 dekabrda başa çatması diqqət çəkir.

Ermənistan SSR Ali Sovetinin "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında" qərarı 1 dekabr 1989-cu il tarixində qəbul edilib. Sonra baş verənlər məlumdur: Qarabağ və ətraf rayonlar işğal edildi, münaqişənin həlli məqsədilə yaradılan Minsk qrupu isə Azərbaycan torpaqlarında işğala əsaslanan status-kvonu saxlamaq missiyasını həyata keçirirdi.

2020-ci ildə ərazi bütövlüyümüz, 2023-cü ildə suverenliyimiz bərpa edilsə də, Minsk qrupunun de-yure mövcudluğu Qarabağ məsələsinin beynəlxalq müstəvidə açıq qalması demək idi. Ermənistanda revanşistlər, diaspor və regionda maraqlı tərəflər həməsədrlik institunun qalmasında iki perspektiv görürdülər:

- ermənilərin Qarabağa "qayıtmaq" adı ilə yenidən köçürülməsi;

- regionda şərtlərin dəyişə biləcəyi gələcəkdə münaqişəni yenidən aktuallaşdırmaq.

Minsk qrupunun de-yure ləğv edilməsi Qarabağ məsələsinin beynəlxalq müstəvidə tamamilə bağlanması və gələcək təxribat imkanlarının da sıradan çıxması deməkdir. Və bunun - 1989-cu ilin 1 dekabr tarixində başlanan prosesin 36 il sonra 1 dekabrda məğlub edilməsi həm də simvolikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri