Şoyqunun müavininin milyonluq varidatı müsadirə olundu 35 avtomobili də əlindən alındı
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Moskvanın Presnenski Rayon Məhkəməsi Baş Prokurorluğun keçmiş müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanovun ümumilikdə 1,2 milyard rubl dəyərində əmlakının müsadirə edilməsi iddiasını qismən təmin edib.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, ümumilikdə, Baş Prokurorluq İvanova aid Kareliya və Moskva vilayətlərində 11 böyük torpaq sahəsinin, Moskvanın mərkəzindəki mülkün, Volqa sahilində, Tver vilayətindəki mülkün, Moskva yaxınlığındakı elit Razdorı kəndindəki evin, 35 avtomobilin, mədəni dəyərə malik 30 rəsm əsəri kolleksiyasının, 26 nadir silahın, 80-ə yaxın saatın, brilyant, yaqut, sapfir, zümrüd və digər qiymətli daşlarla bəzədilmiş 2,5 kq-dan çox qızıl, platin və gümüş zərgərlik məmulatlarının və 340 milyon rublun müsadirə edilməsini tələb edib.
İvanovla yanaşı, cavabdeh şəxslər arasında generalın atası Vadim İvanov, keçmiş həyat yoldaşı Svetlana Zaxarova, onun qeyri-rəsmi nikahda olduğu Mariya Kitaeva, sürücüsü Andrey Petrov da var. Belə ki, İvanov mülklərinin və varidatının böyük qismini bu şəxslərin adına rəsmiləşdirib.
İvanov özü məhkəmə iclasında istintaq təcridxanasından videobağlantı vasitəsilə iştirak edib. General digər cavabdeh şəxslərin aktivlərinin ona məxsus olmadığını iddia edib və qeyd edib ki, dekabrın 2-də rəsmən müflis elan edilib.
Xatırladaq ki, Timur İvanov 2024-cü ilin aprelində xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib. Məhkəmə onu ümumi rejimli cəza koloniyasında 13 il müddətinə azadlıqdan məhrum edib. İvanova həmçinin bir neçə rüşvətxorluq, külli miqdarda çirkli pulların yuyulması və qanunsuz silah saxlama ittihamları irəli sürülüb. İvanov ittihamları rədd edir və Ukraynada müharibəyə getməyə hazır olduğunu bildirir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 05 Dekabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















