Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstan və Ermənistanda da demoqrafik vəziyyət yaxşı deyil. Orada da doğuş saylarında azalmalar var. Ancaq azalmanın faiz nisbəti bizdə daha çoxdur.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Bu, düşünmək və müəyyən qərarların alınması üçün yetərli səbəb ola bilər. Yəni demoqrafik vəziyyətin daha da pisləşməməsini gözləməkdənsə, indidən müəyyən önləyici tədbirlərin alınması məqsədəuyğundur”, - Cəfərli bildirib.
Ekspert dünya normaları ilə müqayisədə doğulan oğlan uşaqlarının sayının Azərbaycanda daha çox olduğunu da vurğulayıb:
“Ancaq ölkəmizdə nisbət çox vaxt 51/49-a və ya 51.5/48.5-ə bərabər olur. Bu ilin 7 ayındakı doğuşlarda nisbət (53,4 faiz oğlan və 46,6 faiz qız) böyük ehtimalla selektiv abortlara görədir. Təbiət elə formalaşdırır ki, təbii artımda oğlan uşaqlarının sayı daha çox olur. Bizdə nisbət bir az çoxdur, ona görə də selektiv abortlarla bağlı izahedici işlər gücləndirilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















