Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin “Quşçuluq” yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən metronun "Əhmədli" stansiyasından bu mənətəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Axar.az-a bildirilib ki, marşrut xəttində ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.
Avtobuslar saat 06:00-dan 23:00-dək 12-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,80 AZN müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:Sabahdan Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayır
18 Noyabr 2024 11:53
Bakıda qadın avtobus sürücüləri fəaliyyətə başlayır
24 Noyabr 2025 10:37
Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayır BU TARİXDƏN
18 Noyabr 2024 11:58
Bu ərazidə yeni avtobus marşrutu fəaliyyətə başlayır
10 Noyabr 2025 14:21
Baxış sayı:246
Bu xəbər 16 Oktyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















